Bakıda “Mersedes”in vurduğu kişi öldü
0
0
Dekabrın 1-də Bakıda baş vermiş yol-nəqliyyat hadisəsində ağır xəsarət almış şəxs bu gün xəstəxanada ölüb. Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Azər Nəbiyev, idarə etdiyi “Mercedes” markalı avtomobillə Babək prospekti, 58 ünvanının qarşısında piyada, 1951-ci il təvəllüdlü Hüseynov Zakir Qəni oğlunu vurub.
Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hüseynov bu gün xəstəxanada dünyasını dəyişib.
Hadisə ilə bağlı polis idarəsində araşdırma aparılır.
Nizam RZA
Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hüseynov bu gün xəstəxanada dünyasını dəyişib.
Hadisə ilə bağlı polis idarəsində araşdırma aparılır.
Nizam RZA
0
0