Bakıda qadının çantasından 12 min dollar oğurlandı
07 dekabr 2012 12:25 (UTC +04:00)

Bakıda qadının çantasından 12 min dollar oğurlandı

0
Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yeni Yasamal ev 12, mənzil 78-də yaşayan 1965-ci il təvəllüdlü Qocayeva Flora Şəmistan qızı şikayət ərizəsi ilə müraciət edib. Qadın bildirib ki, evdə olmadığı vaxt naməlum şəxs və ya şəxslər mənzilin qapısını sındırıb. Mənzildəki əl çantasının içərisindən 12000 dollar və xeyli Azərbaycan manatı götürülüb.

Hazırda fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2186

Oxşar yazılar