"Çox çalışan həkimlərin maaşı yüksək olmalıdır" -  TƏBİB direktoru danışdı
02 sentyabr 2026 11:40 (UTC +04:00)

"Çox çalışan həkimlərin maaşı yüksək olmalıdır" - TƏBİB direktoru danışdı

0

"Daha çox nəticə göstərən, daha çox iş görən həkimlərimiz daha çox qiymətləndirilməli, daha çox əməkhaqqı almalıdır”.

Lent.az xəbər verir ki, buu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov mətbuat konfransında jurnalistlərin sualını cavablayarkən deyib.

O bildirib ki, səhiyyə elə bir sahədir ki, burada islahatlar davamlı olmalıdır:

"İslahatlar mütəmadi şəkildə aparılmalı və səhiyyə sistemi daim təkmilləşdirilməlidir. Ümumiyyətlə, səhiyyə sistemində ən önəmli göstərici həkimə müraciətlərin, çağırışların və müayinələrin sayı deyil. Əsas göstərici görülən müayinə və ya müalicənin insanların sağlamlığına necə təsir etməsidir. Ona görə də bu istiqamətdə ardıcıl tədbirlər görməliyik və düşüncə tərzimizi də dəyişməliyik. Növbəti mərhələlərdə həkimlərin ödənişində nəticəyönümlü mexanizmə keçməliyik. Ümumiyyətlə, səhiyyə sistemimiz xəstəliyə reaksiya verən sistemdən sağlamlığı idarə edən sistemə keçməlidir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 134

Oxşar yazılar