Sumqayıtda kütləvi dava: 2 qardaş vəhşicəsinə döyülüb
12 dekabr 2012 18:12 (UTC +04:00)

Sumqayıtda kütləvi dava: 2 qardaş vəhşicəsinə döyülüb

0
Şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 16-cı mikrorayon ərazisində bir qrup gənc 1984-cü il təvəllüdlü Hüseynov Eldəniz Sevindik oğlu və onun 23 yaşlı qardaşı Mübarizə hücum edib. Hüseynov qardaşları müdafiə olunmaq istəsə də, bacarmayıblar. Həmin şəxslər hər iki gənci vəhşicəsinə döyərək aradan çıxıblar.

Xəstəxanaya yerləşdirilən şəxslər onlara hücum edənlər arasında Emin və Natiq adlı tanışlarının olduğunu bildiriblər.

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2288

Oxşar yazılar