Ruzbeh Məmməd Kliniki Tibbi Mərkəzə mətbuat katibi vəzifəsindən ayrılıb.
Lent.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
"Kliniki Tibbi Mərkəzlə ("Semaşko") yollarımız ayrıldı. 4 ilə yaxın müddətdə jurnalist həmkarlarımla çox yaxşı əlaqələrimiz oldu, çox yaxşı anlaşdıq. Bu müddət ərzində mənə ünvanlanan sorğuları cavabsız qoymamağa, həmkarların işini ləngitməməyə çalışdım. Mənə müraciət edən heç kimi geri çevirmədim. Məndən asılı olmayan səbəbləri isə sizlər də anlayışla qəbul etdiniz. Məhz buna görə hər birinizə minnətdaram. Hər zaman sağlam qalın, bu dünyada ondan dəyərli nemət yoxdur. Yeni ünvanda, yeni başlanğıclarda görüşmək ümidi ilə...", - deyə Ruzbeh Məmməd bildirib.