Kərbəlada azərbaycanlı zəvvarları güllələyən yaraqlılar tutulub
Kərbəlada azərbaycanlı zəvvarlarına silahlı basqın edən «Əl-Qaidə» yaraqlıları tutulub.
APA-nın xəbərinə görə, bu barədə “Birlik” İnformasiya Agentliyi xəbər yayıb.
Agentliyik İraqın Kazimeyn şəhərinin polisinə istinadən bildirir ki, araşdırma nəticəsində zəvvarlara hücum edənlərin dörd nəfərdən ibarət vəhhabi terrorçuları olduğu müəyyən edilib. Məlumata görə, «Əl-Qaidə»-yə aid olan bu qrup daha bir neçə belə hadisə törədib. Polis həmçinin qeyd edib ki, bu yaraqlılar artıq ilk terror aktı törətdikdən sonra axtarışda olublar. Sadəcə, tez-tez yerlərini dəyişdikləri üçün onları tutmaq mümkün olmayıb.
Xatırladaq ki, yanvarın 27-də İraqın Samirə şəhərində azərbaycanlı zəvvarlar silahlı hücuma məruz qalıblar. Nəticədə Azərbaycan vətəndaşları Maştağa sakini, 1994-cü il təvəllüdlü Leyla Əhmədova həlak olub, 1986-cı ildə anadan olan Müşfiq Abdullayev və 1975-ci il təvəllüdlü Nüşabə Nəzərova isə yaralanıb. Yaralılar Bağdadın Kazımiyyə rayonundakı xəstəxanalardan birinə yerləşdirilib, sonra isə mehmanxanaya köçürülüblər. Terror aktı zamanı dünyasını dəyişən Leyla Əhmədova Nəcəf şəhərində dəfn olunub.

Oxşar yazılar

Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü
2 avqust 2025 , 17:14
Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən 64 yaşlı kişi saxlanıldı
2 avqust 2025 , 16:53
İmişlidə DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü, ikisi qadındır
2 avqust 2025 , 12:26
64 yaşlı kişi 18 yaşlı gənci maşınla vurub öldürdü
2 avqust 2025 , 10:51Məşhur aktrisanın keçmiş əri güllələndi
2 avqust 2025 , 10:40
Bakıda "Wolksvagen"in vurduğu qadın öldü
2 avqust 2025 , 10:33
Bakıda narkotik qəbul edən sürücü saxlanıldı
2 avqust 2025 , 09:43