Hərbçilərin maşını avtobusla toqquşdu, 1 hərbçi ölüb, 8-i yaralanıb
Bakıda Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına məxsus əsgərləri daşıyan yük maşını qəzaya uğrayıb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib. DQ şəxsi heyətini daşıyan maşın yolun əks istiqaməti ilə hərəkət edən marşrut avtobusu ilə toqquşub. Zərbənin təsirindən şəxsi heyəti daşıyan maşın aşıb. Nəticədə DQ-nin bir əsgəri hadisə yerində dünyasını dəyişib, 8-i isə yaralanıb.
Daxili Qoşunların mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Təranə Məmmədova APA-ya açıqlamasında qəza nəticəsində daha bir neçə nəfərin xəsarət aldığını bildirib. Yaralılar Daxili Qoşunların Hospitalına yerləşdirilib.
İlkin məlumata görə, qəzanın baş verməsinə yolun sürüşkənliyi səbəb olub. Faktla bağlı Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Oxşar yazılar
Həmkəndlisinə avtomatdan atəş açan qazi həbs edildi
4 avqust 2025 , 00:15
Bakı–Quba yolunun kənarında yanğın - VİDEO
3 avqust 2025 , 23:04
Xaçmazda meşə yanır
3 avqust 2025 , 20:04
Tərtərdə şəhidin qardaşı boğuldu, 3 nəfər xilas edildi-YENİLƏNİB
3 avqust 2025 , 19:49
Gədəbəydə ağır qəza-Ölənlər və yaralananlar var
3 avqust 2025 , 19:09
Bakıda itkin sayılan 20 yaşlı qadın polisə belə deyib...
3 avqust 2025 , 17:27
Külək dam örtüyünü avtomobillərin üzərinə aşırdı
3 avqust 2025 , 16:16