Vəkil Avropa 2-cisi olan idmançımıza bəraət istədi
Martın 15-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dələduzluqda təqsirləndirilən qaydasız döyüş üzrə Avropa çempionatının mükafatçısı Azad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib. Vəkil Osman Kazımov çıxışında bildirib ki, A. Məmmədov barəsində olan cinayət işi düzgün aparılmayıb: “Azadın işində cinayət əməli yoxdur. O, yalançı şahidlərin ifadəsi əsasında tutulub. İş üzrə zərərçəkmiş şəxs qismində tanınan şəxslər də yalan ifadə veriblər. Onların ibtidai istintaq verdiyi ifadələrlə məhkəmədə verdiyi ifadələr arasında böyük ziddiyyətlə var”. O. Kazımov dövlət ittihamçısının cinayət işini düzgün araşdırmadığını və heç bir sübut olmadığı halda A. Məmmədova ağır həbs cəzası istədiyini bildirib. O, məhkəmədən A. Məmmədov barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Proses martın 18-də A. Məmmədovun son söz deməsi ilə davam etdiriləcək.
Xatırladaq ki, keçən prosesdə prokuror A. Məmmədovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, A. Məmmədov Şəkilə Zeynalovanın 26 500, Gülnarə Yusifovanın 75 min və Sahibə Həsənovanın 22 min ABŞ dollarını alaraq mənimsəyib.
Qeyd edək ki, cinayət işində zərərçəkmiş kimi tanınan Sahibə Həsənova vəkil Elçin Sadıxovun anasıdır.
A. Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
A. Məmmədov 2009-cu il aprelin 14-də Şəki rayonunun Qoxmuq kəndində Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Şəki Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıb. Məmmədovun Qoxmuq kəndində yerləşən evində axtarış aparılan zaman evdən bir ədəd "Vinçester" tipli silah, bir ədəd "Tir" tüfəngi və qaz tapançası aşkar edilərək götürülüb.
Xatırladaq ki, A. Məmmədov 1999-cu ildə Rusiyada keçirilmiş qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısı olub.
Fərid Əkbərov

Oxşar yazılar
Həmkəndlisinə atəş açan qazi həbs edildi
4 avqust 2025 , 00:15
Bakı–Quba yolunun kənarında yanğın - VİDEO
3 avqust 2025 , 23:04
Xaçmazda meşə yanır
3 avqust 2025 , 20:04
Tərtərdə şəhidin qardaşı boğuldu, 3 nəfər xilas edildi-YENİLƏNİB
3 avqust 2025 , 19:49
Gədəbəydə ağır qəza-Ölənlər və yaralananlar var
3 avqust 2025 , 19:09
Bakıda itkin sayılan 20 yaşlı qadın polisə belə deyib...
3 avqust 2025 , 17:27
Külək dam örtüyünü avtomobillərin üzərinə aşırdı
3 avqust 2025 , 16:16