Özbəkistan səfiri Tovuza səfər edib
Səfir şəhidlərin məzarını ziyarət edib, sərhəd kəndlərinə gedib
Özbəkistanın Azərbaycandakı səfiri İsmatulla İrqaşev övladları ilə birgə millət vəkili Qənirə Paşayeva və Həvva Məmmədovanın dəvəti ilə Tovuz rayonuna səfər edib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, diplomat ilk olaraq Tovuzun tarixi ilə tanış olub. Səfirə rayon İcra Hakimiyyəti tərəfindən saz hədiyyə olunub.
Tovuzun Səmərqəndlə qardaşlaşmış şəhər olması, rayonun bir mərkəzi küçəsinə Özbəkistan adı verilməsi təklifi də irəli sürülüb. Səfir Tovuzda şəhidlərin məzarını da ziyarət edib. Daha sonra Tovuzun Ermənistanla sərhəd olan Ağdam və Əlibəyli kəndlərində olub. Kənd sakinləri səfirə hər gün atəşə tutulan məktəb qapılarını, evləri və yandırılan qəbiristanlığı göstəriblər. Səfir isə qeyd eləyib ki, Özbəkistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu problemin tezliklə ədalətli həllini istəyir. Özbəkistan səfiri İsmatulla İrqaşev ön cəbhədə olan əsgərlərlə də görüşüb, onların bayramlarını təbrik edib. Hətta əsgərlərlə rəqs də edib.
Vüsalə Cənnətova

Oxşar yazılar

Şəmkirdə çay evi yandı
3 avqust 2025 , 08:30
Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü
2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü
2 avqust 2025 , 21:16
Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü
2 avqust 2025 , 19:33
Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR
2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu
2 avqust 2025 , 18:42
Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü
2 avqust 2025 , 17:14