397 min avro oğurlayıb, sevgilisilə Azərbaycana qaçdı
“Bu puldan şəxsən özüm üçün istifadə eləməyəcəyəm”
Türkiyədə Murat Gözçü adlı bir şəxs işlədiyi bankdan 397 min avro oğurlayaraq sevgilisilə birlikdə Azərbaycana qaçıb. Lent.az-ın yerli “Axşam” qəzetinə istinadən verdiyi məlumata görə, Murat Gözçü qaçmazdan əvvəl dostları üçün məktub da yazıb.
Məktubda “Sevgili dostlar! Bazar ertəsi sabahı şok keçirəcəyinizi bilirəm. Etdiyim işi mənə yaraşdırmadığınızı, arxamdan söyüb qarğış etdiyinizi indidən eşidən kimiyəm. Bilin ki, mən də bu işi peşmanlıq duyaraq, istəməyərək edirəm. Mənim pulgir olmadığımı, pulum olanda onu dostlarımla xərclədiyimi bilirsiniz. Amma bu işi nə üçün etdiyimi soruşsanız, bunu sizin anlayacağınızı təxmin eləmirəm. Təkcə onu deyim ki, bu puldan şəxsən özüm üçün istifadə eləməyəcəyəm. Bəlkə də gedəcəyim bu yolda qısa bir ömür sürə bilərəm” – deyə, qeyd olunub.
Maraqlı soyğunçu ailəsinə də məktub yazıb. Həmin məktubda yaxşı bir övlad olmadığını bildiyini qeyd edib: “Bu, həyatdır, hər kəs istədiyi şəkildə yaşaya bilmir. Gedərkən sizə yükümü də üzülərək buraxıram. Çox çətin vəziyyətə düşəcəyinizi bilirəm. Çox üzgünəm. Götürdüyüm pulları özüm və sizin üçün xərcləməyəcəyəm”.

Oxşar yazılar

Şəmkirdə çay evi yandı
3 avqust 2025 , 08:30
Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü
2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü
2 avqust 2025 , 21:16
Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü
2 avqust 2025 , 19:33
Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR
2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu
2 avqust 2025 , 18:42
Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü
2 avqust 2025 , 17:14