Bakıda orta məktəbə basqın
Nizami rayonunda maskalı şəxslər orta məktəbə basqın ediblər. Bu barədə Lent.az-a Nizami Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumatda bildirib ki, rayonun Özbəkistan küçəsində yerləşən 12 nömrəli orta məktəbə aprelin 1-də saat 03:00 radələrində 3 nəfər maskalı şəxs hücum edib. Maskalı şəxslər məktəbin ikinci mərtəbəsinin pəncərəsinin şüşəsini sındıraraq içəri giriblər. Onlar məktəbin elektrik paylayıcısını ayırıblar. Bu zaman elektrik kəsilib. Məktəbdə gözətçi işləyən 1948-ci il təvəllüdlü Famil Tağıyev işıqların kəsilməsindən şübhələnərək ikinci mərtəbəyə qalxıb. Maskalı şəxslər F.Tağıyevi döyərək onun əl-qolunu bağlayıblar. Bundan sonra isə onlar ikinci mərtəbədə yerləşən otaqların birindən 1 ədəd noutbuk, 1 ədəd faks aparatı və 1 ədəd də proyektor aparıblar. Onlar məktəbin qapısından çıxarkən 1 ədəd maska və 1 ədəd alışqanı yerə atıblar.
Maskalılar getdikdən sonra əlini açan F.Tağıyev dərhal məktəbin direktoru Əli Alıyevə zəng edib və hadisə yerinə polis çağırılıb.
İdarədən onu da bildiriblər ki, hadisəni törətmiş şəxslərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.
Bakı Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqədar Şöbəsinin müdiri Zəminə Əli qızı da məlumatı təsdiqləyib.
Fərid Əkbərov, Vüqar Baba

Oxşar yazılar

Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü
2 avqust 2025 , 19:33
Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR
2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu
2 avqust 2025 , 18:42
Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü
2 avqust 2025 , 17:14
Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən 64 yaşlı kişi saxlanıldı
2 avqust 2025 , 16:53
İmişlidə DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü, ikisi qadındır
2 avqust 2025 , 12:26