“Qoca” ləqəbli azərbaycanlı “qanuni oğru” həbs olundu
Kiyevdə “qanuni oğru” Əlibala Əlisəftar oğlu Həmidov saxlanılıb.
APA-nın Ukrayna mətbuatına istinadən yaydığı məlumata görə, “Qoca” ləqəbli Ə. Həmidov Ukrayna Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıb. Ə. Həmidov 1972-ci ildə Bakıda anadan olub, hazırda Rusiya vətəndaşıdır. O narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayətlərə görə dövlətlərarası axtarışda olub.
Əməliyyatçıların məlumatlarına görə, “Qoca” insanları girov götürərək azad olunmaqları müqabilində pul tələb edən mütəşəkkil cinayətkar qruplaşmanın lideridir. Onlar Moskvada 2 iş adamını oğurlamaqda ittiham olunur, bu qruplaşmanın adı həmçinin Avropadan Rusiyaya yüksək dozalı narkotiklərin daşınmasında hallanır.
Rusiya hüquq-mühafizə orqanlarının təqibindən yaxa qurtarmağa çalışan “Qoca” Ukrayna ərazisində gizlənib, orada cinayətkar aləmdə gedən proseslərə aktiv təsir etməyə çalışıb. Təhqiqat zamanı müəyyən olunub ki, bu yaxınlarda Azərbaycan məhkəməsi tərəfindən azadlığa buraxılan “Lənkəranlı Rövşən” ləqəbli “qanuni oğru” Rövşən Canıyevlə sıx əlaqədə olub.
Hazırda hüquq-mühafizə orqanları “Qoca”nın Ukrayna ərazisində cinayət edib etmədiyini, ona qarşı həbs qəti imkan tədbirinin seçilməsi imkanını, onun Rusiyaya ekstradisiya olunması və Ukraynaya 5 il müddətinə gəlməsinə qadağa qoyulması məsələsini araşdırırlar.

Oxşar yazılar

Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü
2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü
2 avqust 2025 , 21:16
Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü
2 avqust 2025 , 19:33
Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR
2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu
2 avqust 2025 , 18:42
Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü
2 avqust 2025 , 17:14
Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən 64 yaşlı kişi saxlanıldı
2 avqust 2025 , 16:53