Məhkum Müalicə Müəssisəsində intihar edib
Azərbaycanda narkotik qaçaqmalçılığında təqsirləndirilərək həbs edilən şəxs özünü öldürüb.
Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunan, 1959-cu il təvəllüdlü Sədrəddin Xanqulu oğlu Seyfullayev özünü Müalicə Müəssisəsində asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri barədə hələlik məlumat yoxdur.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov da APA-ya açıqlamasında hadisə barədə məlumatlı olduğunu qeyd edib: “Bildiyimə görə, Sədrəddin Seyfullayev Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində intihar edib. Lakin həmin şəxsin yaxınları hələlik bu barədə komitəyə müraciət etməyiblər. Buna baxmayaraq, intihar hadisəsi tərəfimizdən araşdırılacaq”.
Qeyd edək ki, S. Seyfullayev bu ilin yanvarın 13-də Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində zərərsizləşdirilən mütəşəkkil dəstənin üzvüdür. Həmin əməliyyat zamanı “İran - Azərbaycan - Rusiya” marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınmasıyla məşğul olan, 1959-cu il təvəllüdlü Sədrəddin Seyfullayev və İran vətəndaşları - 1965-ci il təvəllüdlü Musəvi Bəğrabad Seyid Abbas Mir Tofiq oğlu, 1959-cu il təvəllüdlü Yusif Həviq Seyid Kərim Mir Rəhim oğlu saxlanılıblar. Qrup üzvləri İrandan Azərbaycana 31 kiloqram 500 qram narkotik vasitə gətirmələri məlum olub.

Oxşar yazılar

Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü
2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü
2 avqust 2025 , 21:16
Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü
2 avqust 2025 , 19:33
Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR
2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu
2 avqust 2025 , 18:42
Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü
2 avqust 2025 , 17:14
Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən 64 yaşlı kişi saxlanıldı
2 avqust 2025 , 16:53