Masallı sakinlərinin kanalizasiya problemi may ayında həllini tapacaq
Masallı. Ağəddin Babayev – APA. Masallı şəhərinin Qarabağ küçəsindəki 11 b, 13 b və 14 b saylı binaların kanalizasiya sistemi bərbad vəziyyətə düşdüyündən çirkab sular həyətlərə və yola axmaqla antisanitariya vəziyyəti yaradıb. Yerli sakinlərin APA-nın cənub bürosuna verdikləri məlumata görə, 15 ildir ki, onlar bu problemlə üz – üzə qalıblar. 1986-cı ildə tikilib istifadəyə verilən bu binaların hər birində 32 ailə yaşayır. Onlar təzə mənzillərə köçəndən bir müddət sonra kanalizasiya sistemində nasazlıqlar yaranıb. Həmin vaxtdan aidiyyatı qurumlara dəfələrlə müraciətlər olunsa da, məsul şəxslər əraziyə yalnız baxış keçirməklə kifayətləniblər. Sakinlərin sözlərinə görə, kanalizasiya sistemi bir neçə dəfə təmir olunub, amma işlər keyfiyyətsiz görüldüyündən səmərəsi olmayıb. Vəziyyət indi o yerə çatıb ki, nəm və rütubətdən evlərin mənzillərində yosunlar bitib, divarlar qaralıb.
Masallı Rayon Su – Kanal İdarəsinin rəisi Müzəffər Cahangirov APA-nın cənub bürosuna açıqlamasında məsələdən xəbərdar olduğunu bildirib. Onun sözlərinə görə, Masallının kanalizasiya sisteminin yenidən qurulması üçün çoxlu vəsait lazımdır. Bu məqsədlə yuxarı təşkilatlara da məlumat verilib. O ki, qaldı sözü gedən binaların kanalizasiya sisteminin bərpasına, idarə rəisi cari ilin may ayının sonuna kimi hər üç binada yenidənqurma və təmir işlərinin görüləcəyini diqqətə çatdırıb.

Oxşar yazılar

Mingəçevirdə ağır qəza - Avtomobil yaşlı qadını vurub öldürdü
1 avqust 2025 , 22:04
Xətaidə avtomobil təmiri sexi yandı - VİDEO
1 avqust 2025 , 21:20
Oğru əvvəlcə çılpaq yatan qadına sataşdı, sonra pulqabısını götürüb qaçdı
1 avqust 2025 , 19:59
Balakəndə evin həyətindən meyit tapıldı
1 avqust 2025 , 19:33
Ermənistan hərbçilərinin hücumları nəticəsində evləri dağılanlar məhkəmədə ifadə verdilər
1 avqust 2025 , 19:32
Bakıda "Jiquli"ni yandıranlar saxlanıldı -VİDEO
1 avqust 2025 , 18:35
Masallıda evdən meyit tapıldi
1 avqust 2025 , 18:18