Neft Akademiyasının 54 tələbəsi qovuldu
İtkin düşmüş tələbələrlə bağlı sorğulardan birinə cavab verilib
“Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyi (“TBƏ” İB) mətbuatda 8 tələbənin xarici ölkəyə aparılması ilə əlaqədar olaraq onların təhsil aldıqları ali məktəblərə sorğu göndərib. Bu barədə Lent.az-a “TBƏ” İB-nin sədri Elnur Məmmədov məlumat verib. Onun sözlərinə görə, martın 16-da göndərilən sorğuda itkin düşmüş tələbələrin adları və ixtisasları, həmçinin nə vaxtdan yoxa çıxmaları ilə bağlı məlumat istənilib.
Sorğuya Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) cavab verilib. ADNA-nın prorektoru Zaur Əhmədovun imzası ilə sorğuya verilən cavabda Akademiya rəhbərliyinin bu məsələdən xəbərsiz olduğu bildirilib. Sorğuya verilən cavabda o da qeyd edilib ki, əsasnaməyə uyğun olaraq 2009-2010-cu tədris ilində ADNA-dan üzrsüz dərs buraxmış 54 nəfər tələbə xaric edilib.
Digər sorğu isə Bakı Dövlət Universitetinə (BDU) göndərilib. Lakin BDU hələ ki, sorğunu cavablandırmayıb.
Qeyd edək ki, bir müddət öncə mətbuatda ADNA və BDU-nun 8 tələbəsinin İrana, oradan da Suriyaya aparılması barədə məlumat yayılmışdı. Bununla əlaqədar olaraq təhsil naziri Misir Mərdanov araşdırma apardıqlarını, həmin tələbələrin bəzilərinin 10 gündən artıq dərs buraxdığına görə ali məktəbdən xaric edildiyini, digərləri barədə isə araşdırmaların davam etdirildiyini bildirmişdi.
Aprelin 2-də isə BDU-nun itkin düşən tələbəsi Qəniyev Əli Məhərrəm oğlunun meyiti dənizdən tapılıb.
Pərvin ABBASOV

Oxşar yazılar

Mingəçevirdə ağır qəza - Avtomobil yaşlı qadını vurub öldürdü
1 avqust 2025 , 22:04
Xətaidə avtomobil təmiri sexi yandı - VİDEO
1 avqust 2025 , 21:20
Oğru əvvəlcə çılpaq yatan qadına sataşdı, sonra pulqabısını götürüb qaçdı
1 avqust 2025 , 19:59
Balakəndə evin həyətindən meyit tapıldı
1 avqust 2025 , 19:33
Ermənistan hərbçilərinin hücumları nəticəsində evləri dağılanlar məhkəmədə ifadə verdilər
1 avqust 2025 , 19:32
Bakıda "Jiquli"ni yandıranlar saxlanıldı -VİDEO
1 avqust 2025 , 18:35
Masallıda evdən meyit tapıldi
1 avqust 2025 , 18:18