Polşa prezidenti təyyarə qəzasında öldü - YENİLƏNİB
Polşa prezidenti Lex Kaçinskinin olduğu təyyarə eniş edərkən qəzaya uğrayıb. Lent.az-ın məlumatına görə, Polşanın rəsmi xəbər agentliyi olan “PAP” təyyarədən heç kimi sağ çıxmadığını təsdiqləyib. Rusiyanın İTAR-TASS agentliyi isə qəzada ümumilikdə 87 nəfərin həlak olduğunu xəbər verib. Təyyarənin ağaca çırpılaraq qəzaya uğrayıb. Hadisə vaxtı Polşanın birinci xanımı da təyyarədə olub.
Polşa prezidentinin qəzaya uğrayan təyyarəsində 132 sərnişin olub. Lent.az-ın “RİA NOVOSTİ”-yə istinadən verdiyi məlumata görə, sərnişinlərdən bir nəfər də sağ çıxmayıb. Prezident Lex Kaçinski, həyat yoldaşı və Polşa Mərkəzi Bankının sədri Slavomir Skrzypek də ölənlər arasındadır.
Qeyd edək ki, T-154 markalı təyyarə Rusiyanın Smolensk vilayətində hərbi aerodromda eniş edərkən qəzaya uğrayıb.
Polşa prezidenti Lex Kaçinskinin qəzaya uğrayan təyyarəsində ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri olub. Lent.az-ın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, təyyarədə Polşa prezidenti və xanımı Mariya Kaçinska ilə yanaşı, prezidentin qardaşı, sabiq baş nazir Yaroslav Kaçinski, Polşanın sabiq prezidenti Rışad Koçorovski, general Tadeuş Ploski, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Frantişek Qonqor, Polşa ordusunun pravoslav yepiskopu və briqada generalı Miron Çodavski, Mərkəzi Bankın rəhbəri Slavomir Skrzypek, sabiq müdafiə naziri Yeji Şmaydzinski və prezident katibliyinin rəhbəri Vladislav Stasyak da olub...

Oxşar yazılar
Sumqayıtda QƏZA: Ölən və yaralanan var
18 iyun 2025 , 01:18
Şəmkirdə yeniyetmə oğlan 5-ci mərtəbədən yıxıldı
17 iyun 2025 , 19:49
Vəkil tanışını öldürüb sobada yandırdı
17 iyun 2025 , 19:46
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə verib
17 iyun 2025 , 19:16
Qeysəriyyə əməliyyatı zamanı qadınları zorlayan həkimə hökm oxundu
17 iyun 2025 , 19:07
“Gazanc Tiktok” saxlanıldı - POLİS ŞİKAYƏTÇİLƏRİ AXTARIR
17 iyun 2025 , 17:43
Bu rayonlara yeni prokurorlar TƏYİN EDİLDİ
17 iyun 2025 , 17:00