Sərhədi səhv salan amerikalılar “casusdur”
Ötən həftə İngiltərədə çıxan “Taliban”ın iki səhra komandiri “Teh Sunday times” qəzetinə bildirmişdi ki, onların sırasındakı yüzlərlə döyüşçü İranda təlim görür. 3 aylıq belə kurslar qışda həyata keçirilir və İslam Respublikası tərəfindən maliyyələşdirilir. Məşhur CNN telekanalı da kəşfiyyat mənbələrinə istinadən “Taliban” hərəkatındakı döyüşçülərin İranda hərbi təlim gördüyü barədə xəbər yaymışdı.
Bunların ardınca ABŞ ordusunun yüksək rütbəli zabiti Edvar Şoltis bəyan edib ki, “İranın talibləri maddi-texniki cəhətdən təmin etməklə yanaşı, onlara hərbi təlim keçməsi haqda Pentaqonda məlumatlar var.
Tehran bu sayaq ittihamları təkzib edir və üstəlik, İranın təhlükəsizlik qurumları 3 amerikalını ABŞ-ın kəşfiyyat xidmətinə casusluqda suçlayır. Lent.az-ın “Svoboda news”-a istinadən məlumatın görə, İslam Respublikasının kəşfiyyat məsələləri üzrə naziri Heydər Məhsuli İranın PressTV telekanalına müsahibəsində onların sərhədi qanunsuz olaraq keçdiyini söyləyib.
ABŞ Dövlət Departamentinin təmsilçisi Filip Krouli isə ölkəsinin kəşfiyyat qurumları ilə həmin şəxslərin əlaqəsi olmadığını vurğulayıb.
Tutulanlardan birinin, Sara Şordun anası İranın ali rəhbəri ayətulla Xamneyiyə müraciət edərək, övladı və onun dostlarının səhvən İran ərazisinə keçdiklərini, onların “İrana zərər vurmaq niyyətinin olmadığını” bildirib.
Xatırladaq ki, 2009-cu il iyulun 31-də İran-İraq sərhədində üç turist amerikalı tutulmuşdu. Şeyn Baver, Sara Şord və Coşua Fettal ABŞ-ın xeyrinə casusluqda şübhəli bilinərək, İranda həbsxanada saxlanılırlar. Saxlanılanlar yaxınları vasitəsi ilə bildirmişdilər ki, onlar dağa səyahət edərkən, İraqın Şimalındakı dağlarda azıblar.
Sədrəddin Soltan

Oxşar yazılar

Ambulans qəzasında ölən polis imiş - YENİLƏNİB
1 avqust 2025 , 11:20
Polis bütün ailəsini öldürüb intihar etdi
1 avqust 2025 , 10:44
Bakıda daha bir MOPED QƏZASI: ölən var
1 avqust 2025 , 09:57
Polisdən maşında it gəzdirən sürücülərə XƏBƏRDARLIQ
1 avqust 2025 , 09:38
11 gün əvvəl Kürdə batan kişinin meyiti tapıldı
1 avqust 2025 , 09:24
Cəlilabadda buğda daşıyan maşın aşdı: ölən və xəsarət alanlar var
1 avqust 2025 , 09:02
Ağstafada maşın gənc oğlanı vurub öldürdü
1 avqust 2025 , 01:17