Öskürəndə ağciyəri sinəsindən çölə çıxdı!
Tibb dünyasını şoka salan olay baş verib
Türkiyədə qəribə bir olay baş verib.
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, bir ay əvvəl Türkiyədə 71 yaşlı Süleyman Zehir adlı bir nəfər nəfəs almaqda çətinlik çəkdiyi üçün xəstəxanaya müayinə olunmağa gəlib.
Süleyman Zehirin 3 damarının tutulduğu məlum olub və o, açıq ürək əməliyyatı keçirib. Bir müddət xəstəxanada yatdıqdan sonra evə buraxılıb. Özünü yaxşı hiss edən Süleyman Zahir İzmit şəhərindəki bacısına qonaq gedib.
İzmirdə bacısının evində olarkən qüvvətli bir şəkildə öskürən Süleyman Zahirin ağciyərləri döş qəfəsini yararaq çölə çıxıb. Evdəki insanlar şoka düşüblər. Az sonra özlərinə gələn qohumları onu Kocaeli Xəstəxanasına aparıblar. Burada ona ilkin tibbi yardım göstərilib, daha sonra təcili tibbi yardım maşını ilə Umraniye Medicana Xəstəxanasına aparılıb. Dərhal Süleyman Zehirin üzərində cərrahi əməliyyat keçirilib və onun ağciyərləri döş qəfəsinə yerləşdirilib. Xəstə özünü indi yaxşı hiss edir.
Süleyman Zehir deyib ki, həmin vaxt özü ağciyərlərinin çölə çıxdığını görməyib: “Döş qəfəsimdə ağrı oldu və “Allah, mən öldüm!” dedim. Qohumlarım dərhal əlləri ilə üzlərini örtdülər. Öskürən zaman ağciyərlərim çölə çıxıbmış, dərhal sinəmi örtdülər”.
Professor Sezai Çelik bu olayın tibb tarixində ilk dəfə yaşandığını və xəstəni görərkən özlərinin də xəstə qədər əndişələndiklərini söyləyib: "Biz ürəyi və ağciyərləri döş qəfəsinin içərisində görməyə alışmışıq. Ürək və ağciyərlər üzərində cərrahi əməliyyat da döş qəfəsinin içərisində aparılır. Hansısa cərrahi əməliyyat zamanı ürəyi və ağciyəri yuyub, yağlayıb təkrar içəriyə qoymuruq. Ağciyərlərin tamamilə döş qəfəsinin üstündə görəndə heyrətə gəldik, qorxduq. Ancaq həkim kimi soyuqqanlı olmaq məcburiyyətindəyik və 40 dəqiqə sürən əməliyyat nəticəsində ağciyəri yerinə yerləşdirdik. Bu, tibb dünyasında ilk belə olaydır və çəkilən şəkillərlə birgə bu barədə məqalə ABŞ-dakı tibb jurnallarında nəşr olunacaq”.

Oxşar yazılar

Ambulans qəzasında ölən polis imiş - YENİLƏNİB
1 avqust 2025 , 11:20
Polis bütün ailəsini öldürüb intihar etdi
1 avqust 2025 , 10:44
Bakıda daha bir MOPED QƏZASI: ölən var
1 avqust 2025 , 09:57
Polisdən maşında it gəzdirən sürücülərə XƏBƏRDARLIQ
1 avqust 2025 , 09:38
11 gün əvvəl Kürdə batan kişinin meyiti tapıldı
1 avqust 2025 , 09:24
Cəlilabadda buğda daşıyan maşın aşdı: ölən və xəsarət alanlar var
1 avqust 2025 , 09:02
Ağstafada maşın gənc oğlanı vurub öldürdü
1 avqust 2025 , 01:17