Şamaxıdakı kütləvi dava ilə bağlı rəsmi məlumat yayıldı
Hadisəni törədənin tutulması üçün tədbirlər görülür
Daxili İşlər Nazirliyi Şamaxı şəhərində baş verən kütləvi dava ilə bağlı məlumat yayıb.
Lent.az-in DİN-in saytına istinadən məlumatına görə, aprelin 12-də saat 01.00 radələrində, Şamaxı rayonu ərazisindəki "Dostluq" restoranında yemək yemiş 3 naməlum şəxslə oranın işçiləri arasında hesabın ödənilməsi ilə əlaqədar münaqişə baş verib.
Bu zaman naməlum şəxslərdən biri, restoranın işçiləri, Şamaxı şəhər sakinləri Hacıalı İmaməliyevə, Elçin Babayevə və Saleh Hüseynova bıçaqla xəsarət yetirib. H.İmaməliyev xəstəxanaya aparılarkən yolda ölüb, digərlərinin vəziyyətləri isə orta-ağırdır.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində, hadisəni törətmiş Şamaxı şəhər sakini Namiq Abbasov və onunla birgə olan həmyerliləri Rövşən Əmirov və əvvəllər məhkum olunmuş Səyyab İslamov müəyyənləşiblər.
Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əmirov və S.İslamov tutulublar. RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxşar yazılar

Xoruz kişini bıçaqlayıb öldürdü
31 iyul 2025 , 12:54
Kosmetoloq Gülsüm Əliyeva jurnalist Qənirə Ataşovanı məhkəməyə verdi
31 iyul 2025 , 12:40
Bakıda MOPED KABUSU: 12 ölü, 23 yaralı - HƏSSAS GÖRÜNTÜLƏR
31 iyul 2025 , 11:07
Ağsuda ƏMƏLİYYAT: yenə narkotiklə tutuldu
31 iyul 2025 , 11:00
Xaçmazda FACİƏLİ QƏZA: sürücü sükan arxasında öldü
31 iyul 2025 , 10:39
Bakıda həkim iş başında öldü
31 iyul 2025 , 09:42
Kəlbəcərdə zəlzələ oldu: Ermənistan silkələndi -YENİLƏNİB
31 iyul 2025 , 09:40