Cəzaçəkmə Müəssisəsinin rəisi Eynulla Fətullayevin məhkəməsində ifadə verdi
28 aprel 2010 13:00 (UTC +04:00)

Cəzaçəkmə Müəssisəsinin rəisi Eynulla Fətullayevin məhkəməsində ifadə verdi

Aprelin 28-də Qaradağ Rayon Məhkəməsində hakim İsmayıl Xəlilovun sədrliyi ilə Eynulla Fətullayevin məhkəmə prosesi keçirilib. Lent.az-ın xəbərinə görə, prosesdə 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Aftandil Ağayev şahid qismində ifadə verib.

Ağayev ifadəsində Fətullayevi xarakterizə edərkən bildirib ki, o, intellektual şəxsdir, həbsdə olduğu müddətdə 10-a yaxın tənbeh alıb.

12 saylı cəzaçəkmə müəssisəsinin baş əməliyyat müvəkkili Bəhruz Quliyev isə ifadəsində Eynulla Fətullayevin üzərində axtarış zamanı iki büküm narkotik vasitə çıxdığını söyləyib.

Proses 30 aprel saat 14:00-da davam etdiriləcək.

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin sabiq baş redaktoru Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib. Jurnalist 2005-ci ildə qələmə aldığı “Qarabağ gündəliyi” adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib. Tutulandan sonra ona əlavə ittihamlar irəli sürülüb və jurnalist 2007-ci il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

2009-cu il dekabrın 30-da isə 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E. Fətullayevin üzərində 0,223 qram həcmində heroin aşkarlanıb. Bununla əlaqədar olaraq ona qarşı Qaradağ RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi qaldırılıb.

İş üzrə təyin edilmiş Məhkəmə-bioloji-kimyəvi ekspertizasının rəylərinə görə, istintaq zamanı E.Fətullayevdən götürülmüş qan və sidik nümunələrində diasetil-morfi (heroin), amfetaminil narkotik vasitələri və flunitrozepam-M psixotrop maddəsi aşkar edilib.
Göstərilənlərlə yanaşı, məhkəmə-narkoloji ekspertizasının rəyinə görə, təqsirləndirilən şəxs E. Fətullayevdə narkotik vasitə olan diasetil-morfi (heroin), amfetaminil və psixotrop dərman vasitəsi olan benzodiazepindən istifadə etmə halları olub, lakin müayinə zamanı narkomaniya xəstəliyindən əziyyət çəkməməsi baxımından E. Fətullayevin narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. E. Fətullayevin narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmə halları nəzərə alınaraq narkoloji profilaktik qeydiyyata alınması məsləhət görülüb.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29