Araz çayının yeni qolu 7 rayonun ərazisindən keçəcək
24 may 2010 10:30 (UTC +04:00)

Araz çayının yeni qolu 7 rayonun ərazisindən keçəcək

Bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri deyib


Araz çayının yeni qolu 130 kilometr məsafədə Azərbaycanın 7 rayonunun ərazisini əhatə edəcək.


APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.


Q.Məmmədov bildirib ki, bu məsafədə xüsusi mülkiyyət, dövlət və bələdiyyə torpaqları yerləşir: “Dövlət torpaqları təxminən 75 min hektardır. Xüsusi mülkiyyət torpaqları ən çox İmişli rayonu ərazisindədir – 1400. Neftçala rayonunda 400 hektar pay torpağıdır. Qalan bütün rayonlarda isə dövlət torpaqlarıdır. Bələdiyyə torpaqları da ən çox İmişli ərazisindədir – 600 hektar. Bunları ilkin olaraq xəritə materialları əsasında müəyyənləşdirmişik. Daha dəqiq koordinatlar əldə etmək üçün xüsusi qruplar yaratmışıq və onları lazımi avadanlıqlarla təmin etmişik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 433

Oxşar yazılar