Serdar Ortaç  vəsiyyətini   AÇIQLADI: O, Boğaz mənzərəsinə açılan evini  qohumlarına   verməyəcək
21 sentyabr 2026 19:20 (UTC +04:00)

Serdar Ortaç vəsiyyətini AÇIQLADI: O, Boğaz mənzərəsinə açılan evini qohumlarına verməyəcək

0

Türkiyəli müğənni Serdar Ortaç sağlığında vəsiyyətnaməsini hazırladığını və bütün əmlakının kimlərə qalacağını müəyyənləşdirdiyini açıqlayıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, sənətçi ölümündən sonra əmlakının illər əvvəl vəfat edən qardaşının övladları arasında bölüşdürüləcəyini bildirib.

Kadir İnanırın sağlığında mirasını bölüşdürməsini nümunə göstərən Serdar Ortaç özünün də eyni addımı atdığını deyib. Müğənni uzun illərdir onunla çalışan şəxslərin də vəsiyyətnamədə yer aldığını qeyd edib.

Ortaç 2023-cü ildə də bu barədə danışaraq belə demişdi:

“Övladım yoxdur. Ona görə əmlakımı işçilərimə verəcəyəm. Onsuz da bir ev var. Onu da öz aralarında böləcəklər”.

Vəsiyyət açıqlamasından sonra Serdar Ortaçın İstanbulun İstinye bölgəsində yerləşən Boğaz mənzərəli evi də yenidən gündəmə gəlib. Müğənninin 2016-cı ildə 15 milyon lirəyə aldığı evin dəyərinin hazırda təxminən beş dəfə artdığı bildirilir.

750 kvadratmetrlik ərazidə yerləşən ev 8 otaq, 4 salon və 4 hamamdan ibarətdir. Xüsusi dizayna malik evdə terraslar, balkonlar, kamera sistemi və yaşıllıq sahəsi də var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar