Nazir: “Daşqınlarla bağlı vəziyyət kritik olsa da, idarəolunan səviyyədədir”
“Regionlarda daşqınlarla bağlı vəziyyət kritik olsa da, vəziyyət idarəolunan səviyyədədir.
Azərbaycan prezidentinin sərəncamı ilə xüsusi komissiya yaradılıb, problemli aradan qaldırmaq üçün kifayət qədər resurs cəlb olunub. Hazırda çaylarda suyun səviyyəsinin aşağı salınması istiqamətində iş aparılır”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov verib. O kritik vəziyyətin yaranmasının bir sıra səbəbləri olduğunu deyib: “Təsəvvür edin ki, adi vəziyyətdə 30-40 kubmetr sululuğu olan Qanıx çayında indi sululuğun səviyyəsi 300 kubmetrə çatıb. Buna qar və yağışlar səbəb olub. Çayların mənsəbi hərdən yox, mütəmadi olaraq təmizlənməlidir. Daşqınlar təbii fəlakətdir, buna görə heç kimi günahlandırmaq olmaz. Bu kimi hallardan qaçmaq üçün gələcəkdə Kürətrafı rayonlarda su anbarlarının tikintisi məqsədəuyğun olardı”.

Oxşar yazılar
Narkotik çəkib müştəri daşıyan taksi sürücüsü TUTULDU
21 iyul 2025 , 10:15
Bir müddət əvvəl gənc oğlu ölən generala daha bir itki
21 iyul 2025 , 10:10
Qazaxda piyadanı maşın vurub öldürdü
21 iyul 2025 , 10:06
Bu sahədə təhlükəsizliyin təmin edilməsi üçün komissiya yaradıldı
21 iyul 2025 , 09:53
İki qardaş balığa getdi, biri öldü - MASALLIDA FACİƏ
21 iyul 2025 , 09:21
Xırdalanda yayılan görüntülərlə bağlı polisdən açıqlama
21 iyul 2025 , 09:11
Sumqayıtda GÜCLÜ YANĞIN: 17 nəfər tüstüdən zəhərləndi - YENİLƏNİB
21 iyul 2025 , 09:01