Nazir daşqınlara görə erməni tərəfini günahlandırdı
24 may 2010 17:00 (UTC +04:00)

Nazir daşqınlara görə erməni tərəfini günahlandırdı

“Tərtər çayının aqibəti bizdən tam asılı deyil. Burada ermənilər özlərinin total müharibələrini ekoloji metodlar vasitəsilə davam etdirir”. Lent.az-ın məlumatına görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Onun fikrincə, ermənilər təbii fəlakətlərlə bağlı Azərbaycanda gərginliyin olduğunu görüb, bu məsələdə özlərinin “pay”larını verirlər. H.Bağırov deyib ki, ermənilər suyu su anbarlarında yığıb birdən-birə buraxmaqla Azərbaycan ərazisində daşqınlar yaradırlar. Nazir bildirib ki, Tərtər çayının normal axarı saniyədə maksimum 5 kubmetr olmalıdır: “Ancaq su birdən-birə buraxılanda bu göstərici 80-90 kubmetrə çatır”.

Nazir təklif edib ki, Tərtər və digər dağ çaylarında daşqınların zərərini azalmaq üçün həmin çayların üzərində su anbarları tikilsin.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463

Oxşar yazılar