Arvadını öldürən gizirə 12 il 6 aylıq həbs cəzası
Mayın 31-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən hərbi qulluqçunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin giziri Rahid Orucova hökm oxunub. Hökmə əsasən, R. Orucov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2009-cu il noyabrın 11-də 1982-ci il təvəllüdlü Rahid Mahmud oğlu Orucov həyat yoldaşı, 1988-ci il təvəllüdlü Pərvanə Ağalar qızı Orucovanı qətlə yetirib. İbtidai istintaqa və məhkəməyə ifadəsində R. Orucov həyat yoldaşını ona xəyanət etdiyinə görə qətlə yetirdiyini bildirib.
Fərid Əkbərov

Oxşar yazılar

Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələndi
19 iyul 2025 , 22:04
Zuğulba şosesində maşın yandı, Mərdəkan istiqamətində sıxlıq yarandı
19 iyul 2025 , 20:59
Faciəli ÖLÜM: Kişi maqnit rezonans tomoqrafiya aparatında can verdi
19 iyul 2025 , 20:42
Mingəçevirdə tənha yaşayan qadının meyiti tapıldı
19 iyul 2025 , 19:28
Bakıda usta sexdə öldü
19 iyul 2025 , 18:00
İranda Məşhədə gedən avtobus aşdı, 21 nəfər öldü - VİDEO
19 iyul 2025 , 16:42
Kəlbəcərdə kişi qayadan yıxılıb öldü
19 iyul 2025 , 15:27