Məzun “Son zəng”in ertəsi günü özünü asdı
02 iyun 2010 19:30 (UTC +04:00)

Məzun “Son zəng”in ertəsi günü özünü asdı

18 yaşlı oğlanın intiharının səbəbləri araşdırılır

İyunun 1-də Tovuzda 18 yaşlı gənc özünü öldürüb. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Çatax kənd sakini Azər Nəzərov evlərinin həyətindəki təsərrüfat damından kəndirlə özünü asıb.


Azər Nəzərov 2010-cu ildə orta məktəbi bitirib və intihardan bir gün əvvəl “Son zəng”i olub. Hadisənin dəqiq səbəbləri bilinmir. Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466

Oxşar yazılar