Bilgəhdə törədilən basqın və qətlin təfərrüatları məlum olub
16 iyun 2010 16:30 (UTC +04:00)

Bilgəhdə törədilən basqın və qətlin təfərrüatları məlum olub

Tutulan cinayətkarlar hadisəni borc üstündə törətdiklərini bildiriblər

İyunun 15-də Bilgəh qəsəbəsində yaşayan Şeydabəyovlar ailəsinə silahlı hücum edərək əri öldürüb, arvadı yaralayan şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisəni törədən Hatəm Cəlilov və Xalid Əliyev cinayəti törətmə səbəblərini də açıqlayıblar.


Yaxalanan şəxslər istintaqa verdikləri ilkin ifadələrində bildiriblər ki, təxminən 4-5 ay əvvəl dostlar İlqarın evində hörgü işi görüblər və ev sahibinin onların hər birinə 300 manat borcu olub. Öz borclarını tələb etdikdə, İlqar onları şantajla hədələyib.


Yay ayı olduğundan İlqar gecələr evin qapısını açıq qoyub. Cinayətkarlar açıq qapıdan keçərək mətbəxin işığını söndürüblər. Xalid yataq otağına girərək İlqara bıçaq zərbələri vurub və boğazını kəsib. Səsə ayılan Bikəxanıma da bir neçə bıçaq zərbəsi vuraraq hadisə yerini tərk ediblər. Cinayətdə istifadə etdikləri bıçağı isə qəsəbədəki məktəbin həyətinə atıblar.


Faktla bağlı AR CM-nin 120.2.1-ci maddəsi ilə Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb və araşdırma aparılır.


15 İyunda baş vermiş hadisə nəticəsində Bilgəh qəsəbəsi Komuna küçəsində yaşayanlar İlqar Şeydabəyon ürək və boğaz nahiyələrindən aldığı bıçaq xəsarəti nəticəsində qətlə yetirilmiş, həyat yoldaşı Bikəxanım isə yaralanmışdı.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 433

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15