29 yaşlı müəllimə intihar edib
03 iyun 2010 13:45 (UTC +04:00)

29 yaşlı müəllimə intihar edib

İyunun 2-də Goranboy rayonunun Borsunlu kəndində intihar hadisəsi baş verib.

Kənd sakini Musayeva Təhminə Cümşüd qızı intihar edib. Kənddə orta məktəbdə müəllimə işləyən 1981-ci il təvəllüdlü T.Musayeva özünü tut ağacından asıb. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Goranboy rayon Polis şöbəsindən məlumat verilib.


Məlumata görə, onun meyitini ailəsi aşkar edib. Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 384

Oxşar yazılar