Lənkəranda ata oğlunu qətlə yetirdi
Kəllə-beyin travması alan rayon sakinini xilas etmək mümkün olmayıb
Azərbaycanın Lənkəran rayonunda qətl hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, iyunun 4-də saat 22.00 radələrində rayonun Girdəni kəndində kənd sakini, 1946-cı il təvəllüdlü Bahaddin Hacı oğlu Hüseynovla onun oğlu - 1969-cu il təvəllüdlü Tərlan Hüseynov arasında torpaq üstündə mübahisə yaranıb.
Mübahisə nəticəsində ata oğluna xəsarət yetirib, T. Hüseynov kəllə-beyin travması və sol gözünün hematoması diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, 3 uşaq atası olan T. Hüseynov bu gün saat 15.00 radələrində xəstəxanada dünyasını dəyişib. Hadisəni törətmiş 64 yaşlı Bahaddin Hüseynov həbs olunub.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3 maddəsi ilə cinayət işinə başlanıb, araşdırma aparılır.

Oxşar yazılar

Pirşağıda gənc oğlan dənizdə batdı - YENİLƏNİB
19 iyul 2025 , 11:58
Bakıda polisə tabe olmayan sürücü HƏBS OLUNDU
19 iyul 2025 , 11:41
Bakıda "Bolt" sürücüsü maşında cinsi əlaqədə olduğu məmuru belə ŞANTAJ ETDİ
19 iyul 2025 , 10:35
Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi
19 iyul 2025 , 10:17
Füzulidə qadın kanalda batdı
19 iyul 2025 , 10:09
Bakıda AĞRI QƏZA: xanımı ölü, özü və qızı yaralandı
19 iyul 2025 , 09:25Bakıda QƏZA: Xəsarət alan var
19 iyul 2025 , 01:37