Qızıl alverçisinin qatillərinə hökm oxundu
07 iyun 2010 13:30 (UTC +04:00)

Qızıl alverçisinin qatillərinə hökm oxundu

İyunun 7-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakıda qızıl alverçisini qətlə yetirməkdə təqsirləndirilən dəstənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Fərrux Babasoy 15 il, Azər Məmmədov və Murad Məmmədov 14 il 6 ay, Heydər Zöhrəliyev isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər.


Xatırladaq ki, keçən prosesdə dövlət ittihamçısı təqsirləndirilənlərin hər birinə 15 il azadlıqdan məhrum etmə cəzası istəmişdi.



2009-cu ilin noyabrında Culfa rayon sakinləri Fərrux Babasoy, Azər Məmmədov, Murad Məmmədov və Heydər Zöhrəliyev Bakıda iş adamı, 63 yaşlı Mədinə Əhmədovanı evində çoxsaylı bıçaq zərbələri ilə qətlə yetiriblər. İlkin istintaq zamanı məlum olub ki, M.Əhmədova qızıl-zinət əşyaların alveri ilə məşğul olub. H. Zöhrəliyev M.Əhmədovadan 1600 ABŞ dolları dəyərində nisyə qızıl-zinət əşyaları da alıb. Amma pulu verməyə imkanı olmadığından Fərrux və Azərlə qadını təhdid edib, ondan əlavə pul istəyib. Qadının onları ələ verəcəyindən qorxan cinayətkarlar onu öldürmək qərarına gəliblər. Fərrux qadına çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetirib. Cinayətkarlar mərhumun mənzilindən 300 ABŞ dolları və mobil telefonu götürərək hadisə yerindən qaçıblar.


Hadisədən bir gün sonra Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təqsirləndirilən şəxslər tutularaq istintaqa təhvil verilib.


Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə qəsdən adam öldürmə) maddələri ilə ittiham olunublar.



Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 471

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15