Bakıda məktəb direktoru həbs olunub
08 iyun 2010 13:15 (UTC +04:00)

Bakıda məktəb direktoru həbs olunub

Bakıda vətəndaşların külli miqdarda vəsaitini mənimsəyən məktəb direktoru həbs olunub. Lent.az-ın Baş Prokurorluğun rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, ayrı-ayrı şəxslərin əmlakının aldatma yolu ilə ələ keçirmələri barədə vətəndaşların çoxsaylı şikayətləri və "Kapitalbank" ASC-nin 1 nömrəli Binəqədi rayon filialının vəzifəli şəxsləri barəsində toplanmış materiallar üzrə başlanılmış cinayət işinin istintaqı zamanı Şölə Gülmalıyeva Bakının Nizami rayonundakı 61 nömrəli orta məktəbin direktoru vəzifəsində işləyərkən Azərbaycan Beynəlxalq Universitetinin tarix və ictimaiyyət fakültəsini bitirmiş Günel İbrahimovanı qanunsuz olaraq tarix müəllimi kimi işə qəbul etmək və xidmət üzrə ümumi himayədarlıq göstərmək müqabilində 2007-ci ilin avqust ayında sonuncunun atası Mayıl İbrahimovdan 2500 manat məbləğində rüşvət aldığı müəyyən edilib.
Törətdiyi cinayət əməllərinə görə Ş.Gülmalıyeva Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqla həmçinin müəyyən edilib ki, 2006-2009-cu illərdə Ş.Gülmalıyeva tərəfindən təqdim edilmiş sənədlər əsasında "Kapital Bank"ın 1 nömrəli Binəqədi filialında 922 vətəndaşın adına istehlak kreditləri rəsmiləşdirilmiş, vətəndaşların əvəzindən saxta imzalar çəkilməklə, kredit müqavilələrinə əsasən rəsmiləşdirilmiş məbləğlər kassa məxaric orderlərinə əsasən Ş.Gülmalıyevaya verilərək sonuncu tərəfindən mənimsənilib.
Bank tərəfindən Şölə Gülmalıyevadan götürdüyü kreditlər üzrə yaranmış əsas və faiz borclarının ödənilməsi tələb edildikdə, sonuncu ayrı-ayrı şəxslərin əmlaklarını girov qoymaqla bankdan 6 halda cəmi 900 min ABŞ dolları və 3 milyon 230 min manat ipoteka krediti rəsmiləşdirərək həmin borcları ödəyib.
Bundan başqa Ş.Gülmalıyeva qeyd olunan illər ərzində "Nikoil Bank"ın 2 nömərli filialından da ayrı-ayrı şəxslərin əmlaklarını girov qoymaqla külli miqdarda kreditlər götürdüyü, eləcə də ayrı-ayrı vətəndaşları aldadaraq, onların külli miqdarda pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunub.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15