“Royal Bank”-ın filial müdiri həbs olundu
08 iyun 2010 13:30 (UTC +04:00)

“Royal Bank”-ın filial müdiri həbs olundu

O, əmanətçinin pulunu filialın xəzinəsindən qanunsuz götürüb
Bakıda bank filialının rəhbəri həbs olunub. Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "Royal Bank" ASC-nin bir sıra filiallarının fəaliyyəti yoxlanılarkən bankın "Paytaxt" filialının müdiri işləmiş Anar Həşimovun qulluq mövqeyindən istifadə etmə və vəzifə saxtakarlığı yolu ilə etibar edilmiş özgə əmlakını külli miqdarda mənimsəyərək taladığı müəyyən edilib.

Belə ki, A. Həşimov filial müdiri işləyərkən depozit müqaviləsinə əsasən Yusif Abdullayev tərəfindən xəzinə mədaxil orderi ilə filiala əmanət qismində təhvil verilmiş pul üzrə əməliyyat aparılarkən əmanətçinin xəbəri olmadan bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan xəzinə məxaric orderində sonuncunun imzasını saxtalaşdıraraq əmanətçinin 50 min 259 manat əmanət və faiz pulunu filialın xəzinəsindən qanunsuz olaraq götürüb.

Törətdiyi cinayət əməllərinə görə Anar Həşimov Cinayət Məcəlləsinin etibar edilmiş külli miqdarda özgə əmlakını talama və vəzifə saxtakarlığına görə məsuliyyət nəzərdə tutan 179.3.2-ci və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, Mərkəzi Bank tərəfindən aparılmış yoxlama zamanı depozitlərin qəbulu, kreditlərin verilməsi, müəssisələr arasında bank əməliyyatlarının həyata keçirilməsi prosesində aşkar edilmiş digər qanun pozuntuları üzrə təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq tədbirləri aparılır.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1063

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15