Avtomobil süpürgəçini vurub öldürdü
15 iyul 2010 16:00 (UTC +04:00)

Avtomobil süpürgəçini vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

İyulun 15-də Bakının Suraxanı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Komsomol dairəsi” adlanan ərazidə baş verən hadisənin şahidlərinin Lent.az-a verdiyi məlumata görə, aeroport yolunda avtomobil yolu təmizləyən kişini vurub. Məlumata görə, kişi hadisə yerində keçinib.

Suraxanı Rayon Prokurorluğu hadisəni Lent.az-a təsdiqləyib və ölənin 36 yaşlı Hüseynov Hüseyn adlı şəxs olduğunu bildirib.

Qəzanı Elşad Əsgərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə törədib.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 398

Oxşar yazılar