Ulduzların iş yerində başlayan  eşqləri: Rəqqasdan mühafizəçiyə
22 sentyabr 2026 19:20 (UTC +04:00)

Ulduzların iş yerində başlayan eşqləri: Rəqqasdan mühafizəçiyə

0

Dünya şöhrətli ulduzların şəxsi həyatı daim diqqət mərkəzində olur. Bəzən isə onların sevgisi elə işlədikləri insanlar arasında başlayır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bir sıra məşhurlar zamanında öz əməkdaşları, rəqqasları, menecerləri və hətta mühafizəçiləri ilə romantik münasibət yaşayıblar.

Müğənni Merayya Keri Brayan Tanaka ilə onun rəqs qrupunda çalışdığı dövrdə tanış olub. Tanaka müğənninin konsert proqramına rəqqas kimi qoşulub və onların münasibəti sonradan sevgiyə çevrilib. Cütlük yeddi ildən çox birlikdə olub.

Madonna isə onunla çiyin-çiyinə çalışan insanlara aşiq olması ilə bir neçə dəfə gündəmə gəlib. Xüsusilə özündən xeyli gənc rəqqaslarla münasibətləri müğənninin şəxsi həyatında diqqət çəkən məqamlardan olub.

Aktrisa Cessika Alba həyat yoldaşı Keş Uorrenlə “Fantastik dördlük” filminin çəkiliş meydançasında tanış olub. Həmin vaxt Uorren rejissor köməkçisi kimi çalışırdı. Onların münasibəti əvvəlcə gizli başlayıb.

Model Haydi Klum şəxsi mühafizəçisi Martin Kristenlə münasibət yaşayıb.

Müğənni Britni Spirsin də iş münasibətləri zamanla sevgiyə çevrilib.

2009-cu ildə onun komandasına yeni menecer kimi qoşulan Ceyson Traviklə münasibətləri qısa müddətdə romantik xarakter alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar