Azərbaycanda qadın biznesmeni erotik görüntüləri ilə şantaj ediblər - TƏFƏRRÜAT
Abşeronda baş verən cinayətin şok detalları məlum oldu
Abşerondakı silahlı insidentin şok təfərrüatları məlum olub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Qobu qəsəbə sakini, 1973-cü il təvəllüdlü Töhvə Məmmədova tərəfindən sifarişlə törədilib.
Aparılan istintaqla müəyyən edilib ki, Məmmədova Töhvə Tahir qızı 1954-cü il təvəllüdlü, Şuşa şəhərində anadan olmuş Ağayev Elxan Fəxrəddin oğlu ilə yaxın münasibətlərdə olub. E. Ağayev bundan istifadə edərək mobil telefonu ilə T. Məmmədovanın çılpaq halda erotik pozalarda fotoşəkillərini və videogörüntülərini çəkib. Daha sonra onu şantaj etməyə başlayıb.
Buna görə o, E.Ağayevə Qobu qəsəbəsində 3 mərtəbəli ev tikdirib. Son 8 ayda isə Ağayevə hər dəfə 1000-1500 manat olmaqla cəmi 15000 manata qədər pul verib. Lakin E.Ağayev bütün bunlarla kifayətlənməyib. Onu şantaj eləməyə davam edərək, biznes sahəsindəki gəlirlərinin hamısını ona deməməkdə günahlandırıb.
Bundan bezən T. Məmmədova E. Ağayevi öldürtmək qərarına gəlib. Bu məqsədlə o, 2010-cu ilin iyun ayının əvvəllərində tanışı və ərinin uzaq qohumu, Binəqədi rayon sakini, 1970-ci il təvəllüdlü Qasımov Vüqar Tofiq oğluna zəng edərək, onunla vacib məsələ barəsində danışmaq istədiyini bildirib.
T. Məmmədova V. Qasımova Elxan Ağayevin ona mane olduğunu və onu təhqir etdiyini söyləyib və E. Ağayevi öldürtmək üçün kömək etməsini xahiş edib. V. Qasımov T. Məmmədovaya bu işi görmək üçün adam axtarıb tapacağını söz verib.
V.Qasımov tanışı, Xırdalan şəhəri sakini, 1966-cı il təvəllüdlü Hacıyev İlqar İdris oğluna mobil telefonla zəng edərək onu “Qələbə” kinoteatrının yanına görüşə çağırıb.
O, T. Məmmədovanın sifarişini İ. Hacıyevə çatdırıb. İlqar Hacıyev 25000 manat pulun müqabilində E.Ağayevi öldürməyə razılıq verib. Onlar 25000 manat pulun 10000 manatının əvvəlcə verilməsi, 15000 manatının isə E.Ağayev öldürüləndən sonra verilməsi barədə razılığa gəliblər.
Sabahı gün V.Qasımov T.Məmmədova ilə görüşərək, 30000 manata E.Ağayevi öldürməyə razı olan adam tapdığını, 10000 manatın əvvəlcə verilməsini, pulun qalan hissəsini isə E.Ağayev öldürüləndən sonra verilməli olduğunu bildirib. T. Məmmədova V.Qasımovla razılaşaraq, 10000 manat pul verib. V.Qasımov həmin pulu alaraq İlqar Hacıyevə zəng edib onu “Qələbə” kinoteatrının yanına çağırıb. Pulu İ. Hacıyevə verən V. Qasımov E. Ağayev barəsində məlumatlar toplamağa başlayıb. O, E. Ağayevi izləyərək onun yaşadığı evinə, ofisi olduğu “Caspian Plaza”ya getdiyi vaxtları müəyyən edib. Daha sonra bu barədə İ. Hacıyevə həmin ünvanları göstərib.
T. Məmmədova və V. Qasımovun qurduğu plana əsasən, T. Məmmədova iyulun 14-də Elxan Ağayevə zəng edərək, onu Qobu qəsəbəsində görüşə çağırıb. Lakin özü isə görüşə gəlməyib. Plana əsasən, bu görüş zamanı İ.Hacıyev Elxan Ağayevi öldürməli imiş.
E.Ağayev saat 16 radələrində Qobu qəsəbəsindəki yeni tikilməkdə olan evinə gəlib. Onu izləyən İ.Hacıyev E.Ağayevə yaxınlaşaraq qəsəbədə 1 sot torpağın qiymətinin neçəyə olduğunu soruşub. E. Ağayev bu məsələ ilə bələdiyyələrin məşğul olduğunu söyləyib.
E. Ağayev geri dönmək istəyərkən, İ. Hacıyev “Makarov” tipli tapança ilə onu bel nahiyəsindən bir dəfə atəş açaraq, ağır yaralayıb. İ. Hacıyev hadisə yerindən qaçıb.
İ.Hacıyev cinayəti törətdikdən sonra şəhərdəki evinə gələrək V. Qasımova zəng edib. O, ərək E.Ağayevi öldürdüyünü deyərək, pulun qalanını istəyib.
V.Qasımov dərhal T.Məmmədovaya zəng edərək E.Ağayevin öldürüldüyü xəbərini verib.
T.Məmmədova E.Ağayevin ölmədiyini, bu işlə əlaqədar qardaşlarının Abşeron Rayon Polis Şöbəsinə gətirildiyini, özünün də orada olduğunu bildirib. V.Qasımov Abşeron RPŞ-nə gələrək orada T.Məmmədova ilə görüşüb. Daha sonra İ.Hacıyevin yaşadığı evə qayıdaraq, E.Ağayevin ölmədiyini, ona görə də pulun qalan hissəsinin verilməyəcəyini söyləyib.
Abşeron RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hər üç şəxs yaxalanaraq, istintaqa təhvil verilib. T.Məmmədova və V.Qasımov barəsində Azərbaycan Respublikası CM-nin 29, 120.2.1-ci, İ.Hacıyev isə həmin məcəllənin 29, 120.2.1 və 228.1-ci maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
Fərid Əkbərov

Oxşar yazılar

"Nə oldu, Paşinyan?"ı oxuyan həbs olundu
18 iyul 2025 , 12:30
İsmayıllıda kişi toyuq hinində ölü tapıldı
18 iyul 2025 , 12:17
Bakı aeroportunda ƏMƏLİYYAT: brilyant qaçaqmalçıları TUTULDU
18 iyul 2025 , 11:50
Bakıda küçədə lüt gəzən oğlan saxlanıldı
18 iyul 2025 , 11:07
Şüvəlanda dənizdə batan futbolçunun meyiti sudan çıxarıldı - YENİLƏNİB
18 iyul 2025 , 09:04
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33