Avropa ikincisi olan idmançımızın apelyasiya şikayəti təmin olunmadı
Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən qaydasız döyüş üzrə Avropa çempionatının mükafatçısı Azad Məmmədovun barəsində olan hökmdən verilən apelyasiya şikayətinə baxılıb. Məhkəmədən Lent.az-a verilən məlumata görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə A. Məmmədovun apelyasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 18 mart 2010-cu il tarixli hökmü ilə Azad Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, A. Məmmədov Şəkilə Zeynalovanın 26 500, Gülnarə Yusifovanın 75 min və Sahibə Həsənovanın 22 min ABŞ dollarını alaraq mənimsəyib.
O, 2009-cu il aprelin 14-də Şəki rayonunun Qoxmuq kəndində Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Şəki Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıb. Məmmədovun Qoxmuq kəndində yerləşən evində axtarış aparılan zaman evdən bir ədəd "Vinçester" tipli silah, bir ədəd "Tir" tüfəngi və qaz tapançası aşkar edilərək götürülüb.
A. Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
Xatırladaq ki, A. Məmmədov 1999-cu ildə Rusiyada keçirilmiş qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısı olub.
Fərid Əkbərov

Oxşar yazılar

"Nə oldu, Paşinyan?"ı oxuyan həbs olundu
18 iyul 2025 , 12:30
İsmayıllıda kişi toyuq hinində ölü tapıldı
18 iyul 2025 , 12:17
Bakı aeroportunda ƏMƏLİYYAT: brilyant qaçaqmalçıları TUTULDU
18 iyul 2025 , 11:50
Bakıda küçədə lüt gəzən oğlan saxlanıldı
18 iyul 2025 , 11:07
Şüvəlanda dənizdə batan futbolçunun meyiti sudan çıxarıldı - YENİLƏNİB
18 iyul 2025 , 09:04
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33