Bakı metrosunda problem: yerin altında da tıxac yaranıb
0
0
Sərnişin dolu qatarlar yarım saatdan çox tuneldə qalıb
Bir qədər əvvəl, təxminən saat 9.45 radələrindən Bakı metrosunun hərəkət xidmətində problemlər yaranıb. Belə ki, Həzi Aslanov- İçərişəhər marşrutu üzrə işləyən qatarların hərəkəti dayanıb. İçərisində sərnişin olan qatarlardan biri 30-40 dəqiqədən çox “Məşədi Əzizbəyov” və “Ulduz” stansiyalarının arasında tuneldə qalıb. Bu səbəbdən xətdəki qatarların hamısı hərəkəti dayandırmağa məcbur olublar.
Bakı Metropolitenindən Lent.az-a məlumatı təsdiq ediblər. Metropoliteninin hərəkət təhlükəsizliyi şöbəsindən aldığımız məlumata görə, qatarların dayanmasına səbəb adıçəkilən stansiyalar arasındakı yolayrıcılarda işfıqforların işləməməsidir. Metropoliten işçiləri bildirirlər ki, belə hallarda problemin aradan qaldırılması bəzən bir saatdan da çox çəkir. Çünki işıqforların işləməməsi bütün istiqamətlərdə hərəkəti çətinləşdirir və belə demək mümkündürsə, yerin altında tıxac yaradır.
Hərəkət xidmətinin təşkili şöbəsində bildirirlər ki, hazırda qəza xidməti keçidlərdə və yolayrıcılarda yoxlama-sazlama işləri aparır, işıqforların fəaliyyətini tənzimləməklə məşğuldur.
Son anda aldığımız məlumata görə, problem həll olunub, qatarların normal hərəkəti bərpa edilib.
Elxan SALAHOV

Oxşar yazılar

Bakıda FACİƏ: sirkə turşusu içən qadın öldü
5 sentyabr 2025 , 16:39
Bakıda evdən 16 min manatlıq qızıl oğurlandı - POLİSDƏN ƏMƏLİYYAT
5 sentyabr 2025 , 14:55
Naftalanda parkda meyit tapıldı
5 sentyabr 2025 , 14:12
“Tərtər işi”ndən YENİ XƏBƏR
5 sentyabr 2025 , 12:54
Bakıda daha bir PİYADA FACİƏSİ: yolu keçəndə maşın vurub öldürdü
5 sentyabr 2025 , 12:03
Adəm Məmmədov həbsdən buraxıldı
5 sentyabr 2025 , 11:38
Göygöldə meyit tapıldı
5 sentyabr 2025 , 11:24