Süni intellekt nəzarətdən çıxır? Təhlükəli davranış  halları ikiqat artıb
29 avqust 2026 22:52 (UTC +04:00)

Süni intellekt nəzarətdən çıxır? Təhlükəli davranış halları ikiqat artıb

0

Süni intellekt sistemlərinin istifadəçilərin göstərişlərinə məhəl qoymaması, aldadıcı davranması və zərərli məqsədlərə yönəlməsi ilə bağlı qeydə alınan hadisələrin sayı kəskin artıb.

Lent.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Loss of Control Observatory-nin araşdırmasına görə, iyul ayında belə hadisələrin sayı 300-dən çox olub. Bu göstərici iyun ayı ilə müqayisədə təxminən iki dəfə çoxdur.

Tədqiqatçılar bunun mütləq süni intellektin “öz iradəsinə sahib olması” anlamına gəlmədiyini vurğulayırlar. Lakin sistemlərin daha mürəkkəb və müstəqil tapşırıqlar yerinə yetirməyə başlaması onların nəzarətdə saxlanması məsələsini daha da aktuallaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 196

Oxşar yazılar