Bakıda 2 reket jurnalist tutulub
Bakının Sabunçu rayonunda hədə-qorxu yolu ilə tələb etmə və şantaj etməkdə təqsirləndirilən 2 jurnalist həbs olunub.
Sabunçu Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saxlanılan şəxslər 1957-ci il təvəllüdü Nazim Sirac oğlu Quliyev və 1980-ci il təvəllüdlü Zəmanət Cabbar oğlu Əzimovdur.
Məlumata görə, onlar Bakıdakı kafelərdən birinin sahibəsi olan qadına özlərini “Dövlət qanunları” qəzetinin əməkdaşları kimi təqdim edərək hədə-qorxu gəlib və pul tələb ediblər. “Jurnalistlər” əks təqdirdə qadının insan alveri ilə məşğul olması barədə məqalə yazacaqlarını deyiblər. Hər iki şəxs qadının şikayəti əsasında həbs olunub. Onların jurnalist olub-olmamaqları araşdırılır.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Şəhriyar Əlizadə

Oxşar yazılar

Keçmiş diplomat Ramiz Vəliyevin məhkəməsi başladı
4 iyul 2025 , 18:16
Gəncədə evdə partlayış, yaralanan kişi Bakıya gətirildi - YENİLƏNİB
4 iyul 2025 , 18:15
Şəmkirdə süni göldə 3 nəfər batdı
4 iyul 2025 , 18:08
Astarada ağacdan yıxılan kişi öldü
4 iyul 2025 , 17:46
Bakıda qəbiristanlıqda narkotik satan şaxlanıldı - VİDEO
4 iyul 2025 , 16:59
Ermənistan ordusunun Kəlbəcərin işğalı zamanı mülki əhalini atəşə tutması ilə bağlı ifadələr dinlənilib
4 iyul 2025 , 14:17
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
4 iyul 2025 , 13:29