Məhkəmə Daşqın Gülməmmədovun həbsinə qərar verib
Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının sədri Daşqın Gülməmmədov tanışını Prezident Aparatında işə düzəltmək adı ilə 5 min dollarını mənimsəyib.
Səbayel rayon prokurorunun müavini Elçin Sultanov APA-ya bildirib ki, artıq Səbayel rayon Məhkəməsinin qərarı ilə D. Gülməmmədovun barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. E. Sultanovun sözlərinə görə, D. Gülməmmədov 2006-cı ildə tanışı Zöhrab Zeynalov adlı şəxsdən onu Prezident Aparatında işə düzəltmək adı ilə 5 min dollar alıb. Ötən üç il ərzində o vədinə əməl etməməklə yanaşı, aldığı pulu da geri qaytarmayıb.
E. Sultanov bununla belə D. Gülməmmədovun daha bir neçə nəfərə qarşı dələduzluq etməsi barədə onlarda şikayətlərin olduğunu söyləyib: “Hazırda rayon prokurorluğu tərəfindən Daşqın Gülməmmədovun barəsində başlanan cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir”.
Qeyd edək ki, Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) rəhbəri Daşqın Gülməmməd oğlu Gülməmmədov martın 10-u Səbayel Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhərində saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, D. Gülməmmədov 2001-ci ildən Gürcüstan Azərbaycanlıları Milli Assambleyasına rəhbərlik edir.

Oxşar yazılar

Gəlin toyuna bir neçə saat qalmış öldü
6 may 2025 , 22:26
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər
6 may 2025 , 19:53
Abşeronda DƏHŞƏT: 23 yaşlı qız özünü asdı
6 may 2025 , 19:33
Evə gec gələn bacısını vəhşicəsinə döydü
6 may 2025 , 18:10
Bakıda həbsdə olan avtoritet ev dustaqlığına buraxıldı
6 may 2025 , 17:54
Ağdaşda tələbəni maşın vurub öldürdü
6 may 2025 , 17:37
Bakıda evdən meyit tapıldı
6 may 2025 , 17:28