Mehdiabadda 12 yaşlı məktəbli sinif yoldaşını döyüb öldürdü
12 mart 2009 18:30 (UTC +04:00)

Mehdiabadda 12 yaşlı məktəbli sinif yoldaşını döyüb öldürdü

Azərbaycanın Abşeron rayonunda 12 yaşlı məktəbli sinif yoldaşını xüsusi amansızlıqla qətlə yetirib.

Abşeron rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Mehdiabad qəsəbəsindəki 3 saylı orta məktəbdə baş verib. Məlumata görə, həmin məktəbdə təhsil alan 5-ci sinif şagirdi, 1997-ci il təvəllüdlü Yusif İslam oğlu Mahmudov sinif yoldaşı, 1997-ci il təvəllüdlü Toğrul Qulami oğlu Xuduyevi döyüb. Müxtəlif bədən xəsarətləri ilə Mərkəzi Klinik Xəstəxanasına çatdırılan T. Xuduyevin qarın nahiyəsindən çoxsaylı təpik zərbələri aldığı və xüsusi amansızlıqla döyüldüyü məlum olub.

T. Xudiyevin aldığı xəsarətlər ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

Abşeron rayon Prokurorluğundan, həmçinin bildirilib ki, hadisəni törədən azyaşlı olduğu üçün həbs edilməyib. Lakin onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - bu əməl xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
# 1183

Oxşar yazılar

Göygöldə yeniyetmə ÇAYDA BATDI  -VİDEO -YENİLƏNİB

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO-YENİLƏNİB

19 may 2024 , 01:59
Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20