Azərbaycanda soyğunçuluq edən rusiyalı çempion tutuldu
0
0
Onunla birlikdə daha 3 nəfər həbs olunub
Sumqayıt şəhərində soyğunçuluqda təqsirləndirilən 4 nəfər həbs olunub.
Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, saxlanılan şəxslər - Faiq Əliyev, Şəlalə Həsənova, Samir Əliyev və Günel Səfərovadır.
Onların 3 avtomobil oğurladıqları bildirilir. İstintaq zamanı ifadə verən təqsirləndirilənlər gəzmək üçün avtomobilə ehtiyacları olduqlarından maşın oğurladıqlarını deyiblər.
Bakı Şəhər Baş Polis İdarəsindən isə Lent.az-a bildiriblər ki, Seyfəddin Əvəz oğlu Məmmədova məxsus “VAZ-2106” markalı, 85-BT-225 dövlət nömrə nişanlı maşın evinin qarşısından qaçırılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində maşını qaçıran şəxs əvvəllər məhkum olunan, 1987-ci il təvəllüdlü Faiq Ənvər oğlu Əliyev Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, saxlanılan Samir Əliyev isə Rusiya Federasiyasının vətəndaşıdır. Onun idmançı olduğu və Rusiyada keçirilən yarışların birində qalib olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Şəhriyar Əlizadə

Oxşar yazılar

Astarada qarpızdan kütləvi zəhərlənmə -YENİLƏNİB
5 sentyabr 2025 , 18:09
Keçmiş hakim yenidən həbs edildi
5 sentyabr 2025 , 18:00
Bakıya daxil olan "avtovoz" hərəkəti iflic etdi - 16 DƏQİQƏ TIXAC
5 sentyabr 2025 , 17:30
Bakıda FACİƏ: sirkə turşusu içən qadın öldü
5 sentyabr 2025 , 16:39
Bakıda evdən 16 min manatlıq qızıl oğurlandı - POLİSDƏN ƏMƏLİYYAT
5 sentyabr 2025 , 14:55
Naftalanda parkda meyit tapıldı
5 sentyabr 2025 , 14:12
“Tərtər işi”ndən YENİ XƏBƏR
5 sentyabr 2025 , 12:54