Bakıda Peyğəmbər məscidi sökülür
01 aprel 2009 14:30 (UTC +04:00)

Bakıda Peyğəmbər məscidi sökülür

Bakıda qanunsuz tikildiyi iddia olunan Məhəmməd Peyğəmbər məscidini sökməyə başlayıblar.
Yasamal rayon Dini İcmasının rəhbəri Mir Valeh Mövsümov Trend News-a bildirib ki, aprelin 1-də rayon İcra Hakimiyyətinin başçısı və bir neçə əməkdaşı məscidə gələrək, hasarları, məscidin qapılarındakı "Quran" kitabını və məscidin adı yazılmış lövhəni söküb.
İcmanın nümayəndəsi, vəkil Muxtar Mustafayev isə Trend News-a bildirib ki, məkəmə qərarı qüvvəyə minmədən məscidin sökülməsinə başlanması qanunsuzdur.
"Yasamal rayon məhkəməsinin məscidin sökülməsi ilə bağlı verdiyi qətnamədən apellyasiya şikayəti vermişik və şikayətimiz hələ ki, baxılma mərhələsindədir. Apellyasiya Məhkəməsi şikayətimizə baxmadan və qərar qəbul etmədən Yasamal rayon məhkəməsinin qətnaməsinin icrası qanunsuzdur. Həmçinin məkəmə qərarları məhkəmə icraçıları tərəfindən icra olunmalıdır, İcra Hakimiyyəti nümayəndələri tərəfindən deyil",-Mustafayev vurğulayıb.
Vəkil bildirib ki, Dini İcmanın rəhbəri Mövsümovun adından verilən qarşılıqlı iddiada məscidin layihəsinin Bakı şəhər İcra Hakimiyyəti və Yasamal rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilməsindən imtinanın qanunsuz hesab olunması və layihənin təsdiq edilməsinin məcbur edilməsi tələb olunur.
Mustafayevin sözlərinə görə, Yasamal rayon məhkəməsində qarşılıqlı iddia ərisəsinin verilməsinə imkan verilmədiyindən, onlar bu iddianı Bakı Apellyasiya Məhkəməsində qaldırmalı olublar.
Trend News-un arayışı: Yasamal rayon məhkəməsi ötən il noyabrın 28-də Yasamal rayon İcra Hakimiyyətinin iddiası əsasında, Murtuza Muxtarov küçəsi, 190 ünvanında yerləşən Məhəmməd Peyğəmbər məscidinin sökülməsi barədə qətnamə çıxarıb.
Məhkəmə qətnaməsi onunla əsaslandırılıb ki, qeyd edilən ünvanda "təyinatı məlum olmayan qeyri-yaşayış sahəsi" tikilib.
Məscid nümayəndələri Bakının Yasamal rayon məhkəməsinin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət veriblər.
Şikayətdə qətnamənin tamamilə əsassız və qanunsuz olması səbəbindən ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılması xahiş olunur.
Bakı Apellyasiya Məhkəməsinin qarşılıqlı iddia ərizəsini icraata qəbul etməkdən imtina etməsi barədə qərardan Dini İcma Ali Məhkəməyə kassasiya şikayəti verib.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qanunsuz tikildiyi iddia olunan Məhəmməd Peyğəmbər məscidinin sökülməsi ilə razı deyil.
Məscidin nümayəndələri Avropa Şurasının Baş katibi Terri Devisə müraciət edərək, Peyğəmbər Məscidinin sökülməməsinə yardımçı olmasını xahiş ediblər.
Devis onların məktubuna cavab olaraq bildirib ki, məscidin sökülməsi ilə bağlı mübahisənin ölkə qanunvericiliyi çərçivəsində həllinə tərəfdardır və bu məsələ onun təmsil etdiyi qurumun səlahiyyətində deyil.
# 1186

Oxşar yazılar

Göygöldə yeniyetmə ÇAYDA BATDI  -VİDEO

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO

19 may 2024 , 00:28
Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20