Ombudsman Bakı Apellyasiya Məhkəməsinə müraciət edib
İnsan hüquqları üzrə müvəkkil baş redaktor Asif Mərzilinin azad olunmasını xahiş edir
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bayıldakı 1 saylı istintaq təcridxanasında saxlanılan “Təzadlar” qəzetinin baş redaktoru Asif Məmmədovla (Mərzili) görüşüb, vəziyyəti ilə maraqlanıblar.
Bu barədə Lent.az-a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib. Baş redaktor saxlandığı müddətdə hüquqlarının pozulmasına yol verilmədiyini, saxlanılma şəraitindən, müəssisə əməkdaşlarının ona qarşı rəftarından narazı olmadığını söyləyib. A.Mərzili məhkəmənin ona qarşı ədalətsiz hökm çıxardığını, bununla bağlı yuxarı instansiya məhkəməsinə apellyasiya şikayəti verəcəyini bildirib. O, vəziyyəti ilə maraqlandığına görə Müvəkkilə təşəkkürünün çatdırılmasını xahiş edib.
Müvəkkil baş redaktorun həbs olunması ilə bağlı məsələnin Azərbaycan qanunvericiliyi və Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə uyğun olaraq həll edilməsini nəzarətə götürüb, onun cəzadan azad edilməsi və ya alternativ cəza növünün tətbiqi tövsiyəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Xatırladaq ki, A.Mərzili Yasamal Rayon Məhkəməsinin aprelin 7-də çıxardığı hökmlə bir il müddətinə (Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə) azadlıqdan məhrum edilib.
Pərvin ABBASOV

Oxşar yazılar

Gəlin toyuna bir neçə saat qalmış öldü
6 may 2025 , 22:26
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər
6 may 2025 , 19:53
Abşeronda DƏHŞƏT: 23 yaşlı qız özünü asdı
6 may 2025 , 19:33
Evə gec gələn bacısını vəhşicəsinə döydü
6 may 2025 , 18:10
Bakıda həbsdə olan avtoritet ev dustaqlığına buraxıldı
6 may 2025 , 17:54
Ağdaşda tələbəni maşın vurub öldürdü
6 may 2025 , 17:37
Bakıda evdən meyit tapıldı
6 may 2025 , 17:28