Bakıda dəhşətli cinayət
0
0
Tikinti kooperativinin sədri liftin şaxtasına yıxılıb ağır yaralanan şəxsi zibilxana atıb
Aprelin 9-da saat 15.00 radələrində Moskva prospekti, 3008-ci məhəllənin ərazisindəki məişət tullantıları atılmış yerdə 40-45 yaşlı kişi halsız vəziyyətdə tapılıb.
Lent.az-ın məlumatına görə, üzərində müxtəlif dərəcəli xəsarətləri olan həmin şəxs koma vəziyyətində olub. O, dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Araşdırmalar zamanı həmin şəxsin Şəki şəhər Kiş kənd sakini Xanlar Mustafayev olduğu müəyyənləşdirilib. Məlum olub ki, yaralı “Tac-Mahal” Kooperativi tərəfindən inşa edilmiş 20 mərtəbəli binanın liftinin şaxtasına yıxılıb. Kooperativin sədri Ruslan Əkbərovun izi itirmək məqsədi ilə orada işləyən digər şəxslərlə birgə onu şaxtadan çıxararaq, yaxınlıqdakı məişət tullantıları olan yerə atıb.
Nəsimi RPİ tərəfindən araşdırmalar aparılır.

Oxşar yazılar

Bir sıra cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşlarının ibtidai istintaqa ifadələrinin məhkəmədə elan olunması başa çatıb
5 sentyabr 2025 , 20:18
Sarayda FACİƏ: ailəsi 35 yaşlı kişinin meyitini tapdı
5 sentyabr 2025 , 19:29
Astarada qarpızdan kütləvi zəhərlənmə -YENİLƏNİB
5 sentyabr 2025 , 18:09
Keçmiş hakim yenidən həbs edildi
5 sentyabr 2025 , 18:00
Bakıya daxil olan "avtovoz" hərəkəti iflic etdi - 16 DƏQİQƏ TIXAC
5 sentyabr 2025 , 17:30
Bakıda FACİƏ: sirkə turşusu içən qadın öldü
5 sentyabr 2025 , 16:39
Bakıda evdən 16 min manatlıq qızıl oğurlandı - POLİSDƏN ƏMƏLİYYAT
5 sentyabr 2025 , 14:55