Qamət Süleymanov “Azadlıq” radiosundan 50 min manat tələb edir
“İstəyirik bizə qarşı adil olsunlar...”
Bu gün Bakı Apellyasiya Məhkəməsində “Nərimanov rayon dindarları” Dini İcmasının rəhbəri, “Əbu Bəkir” məscidinin imamı Qamət Süleymanovun “Azadlıq” radiosunun redaksiyasına qarşı qaldırdığı iddia üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb. Bu barədə Lent.az-a məhkəmədə Q.Süleymanovun hüquqi nümayəndəsi Rəşad Məmmədov məlumat verib. Onun sözlərinə görə, Q.Süleymanov “Azadlıq” radiosunun internet-saytında getmiş “Kimdir xəvvariclər?” yazısına görə qarşı məhkəməyə müraciət edib. Q.Süleymanov radioya qarşı mənəvi ziyanın ödənilməsi iddiası ilə Yasamal rayon Məhkəməsinə müraciət edib. Belə ki, Q.Süleymanov həmin yazıda yer almış bir neçə məqamın “Əbu Bəkr” məscidinin maraqlarına toxunduğu qənaətindədir.
Q.Süleymanov radionun saytında təkzib məqaləsinin çap olunmasını, həmçinin 50 min manat ödənilməsini istəyib. R.Məmmədov həmin vəsaitin məscid üçün tələb olunmadığını bildirib: “İddiada qeyd olunub ki, qarşı tərəfdən 50 min manat tutularaq uşaq bağçalarından birinə köçürülsün”.
Q.Süleymanovu məhkəmədə təmsil edən nümayəndə hüquqi xidmətlərə görə çəkilən xərclərin də “Azadlıq” radiosu tərəfindən ödənilməsini istəyir.
Yasamal rayon Məhkəməsi Q.Sülemanovun iddiasını qismən, təkzib verilməklə bağlı olan hissəsini təmin edib. “Azadlıq” radiosu məhkəmə qərarından apellyasiya şikayəti verib. Hazırda işə Bakı Apelyasiya Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyilə məhkəmə baxışındadır.
Qamət Süleymanov özü isə məsələ ilə bağlı Lent.az-a açıqlamasında “istəyirik bizə qarşı adil olsunlar, bizi heç kəs başqa cür qələmə verməsin” deyib: “Bu, təkcə “Azadlıq” radiosuna deyil, bütün KİV-ə aiddir”.
Məhkəmə prosesi davam etdiriləcək.
Pərvin ABBASOV

Oxşar yazılar

Sabirabadda kişi küçədə özünü asdı
7 may 2025 , 19:33
Şəhər Polis İdarəsinin rəisinə cinayət işi açıldı
7 may 2025 , 18:52
Gədəbəydə 86 yaşlı kişinin asılmış meyiti tapıldı
7 may 2025 , 18:39
“Qalatasaray”ın keçmiş futbolçusu həbs edilib? - VİDEO
7 may 2025 , 18:12
Cəlilabadda FACİƏ: məktəbli qızı maşın vurub öldürdü
7 may 2025 , 17:50
Ər-arvad evdə yanıb öldülər
7 may 2025 , 17:28
Serbiya prezidentinin təyyarəsi Bakıya məcburi eniş etdi - YENİLƏNİB
7 may 2025 , 16:48