Azərbaycanın nəzarətsiz ərazilərindən dünya ölkələrinə narkotik daşınır
21 aprel 2009 18:00 (UTC +04:00)

Azərbaycanın nəzarətsiz ərazilərindən dünya ölkələrinə narkotik daşınır

Ramil Usubov: “ərazilərin nəzarətdən kənarda qalması regionda narkotiklərin əkilib-becərilməsinə, istehsalına əlverişli şərait yaradır”


Bu gün Bakıda keçirilən İslam Konfransı Təşkilatı (İKT) ölkələri hüquq-mühafizə orqanları rəhbərlərinin konfransı çərçivəsində “Silah satışı, narkotik və psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alverinə, qanunsuz miqrasiyaya qarşı mübarizənin müzakirəsi” mövzusunda sessiya keçirilib.

APA-nın xəbərinə görə, sessiyasının aparıcısı Azərbaycanın daxili işlər naziri Ramil Usubovdur. R. Usubov sessiyada çıxışında bildirib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı təkcə DİN tərəfindən son beş ildə aşkar edilən faktların sayı 71 faiz artıb. Bu dövrdə 6 min tona yaxın narkotik tərkibli bitki aşkar olunaraq məhv edilib. Nazir deyib ki, dünya ictimaiyyəti haqlı olaraq narkotik ticarətindən narahatdır: “Təəssüf ki, NATO tərəfindən Əfqanıstanda aparılan əməliyyatlar bu lazımi nəticəni vermir. Narkotiklərin qanunsuz dövriyyəsi nəinki azalır, əksinə artım müşahidə olunur. Ölkələrimiz narkomafiya ilə mübarizədə Əfqanıstana yardım göstərə, öz ərazilərindən narkotiklərin daşınması kanallarının qapanması üzrə işlək mexanizm hazırlaya bilər”.

R. Usubov Ermənistanın işğalı nəticəsində nəzarətsiz qalan Azərbaycan ərazilərində cinayət hallarının baş verməsinə də diqqət yönəldib: “İranla ölkəmiz arasında 132 kilometrlik sərhəd zolağı Azərbaycanın nəzarətindən kənarda qalıb. Bu da respublikada kriminogen duruma mənfi təsir göstərir. Eyni zamanda həmin ərazilərin nəzarətdən kənarda qalması regionda narkotik tərkibli bitkilərin əkilib-becərilməsinə, istehsalına, habelə narkotiklərin qaçaqmalçılıq yolu ilə gətirilməsinə və oradan dünyanın digər ölkələrinə daşınmasına əlverişli şərait yaradır”.

Nazir ölkədə ötən il insan alveri ilə bağlı aşkarlanan cinayətlərin sayının 2004-cü illə müqayisədə 5 dəfə çox olduğunu, bu müddət ərzində 122 cinayətkar qrupun zərərsizləşdirildiyini qeyd edib.

Bu sahədə qabaqlayıcı tədbirlərin görülməsinin vacib olduğunu bildirən nazir deyib ki, son illər Hind-Çin və Yaxın Şərq ölkələrindən olan əməkçi miqrantların və onlarla birgə qeyri-leqalların Azərbaycana axını hissi olunur: “Yaranan vəziyyət isə miqrantların başqa ölkələrə tranzitini istisna edən cavab tədbirlərinin görülməsi zərurətini yaradır”.

R. Usubov son 10 ildə Azərbaycanda əhalidən qanunsuz saxlanılan və əksəriyyəti avtomatik olan 25 minə yaxın silah yığıldığını sessiya iştirakçılarının diqqətinə çatdırıb. Nazir deyib ki, bunun nəticəsində odlu silahdan istifadə etməklə törədilən cinayətlərin sayı 2009-cu ilin əvvəlinə təxminən 5 dəfə azalıb.

Nazir çıxışında İKT dövlətləri hüquq-mühafizə orqanlarının cinayətkarlığa qarşı birgə mübarizə üçün böyük fəaliyyət ortaya qoya biləcəyini də vurğulayıb.
# 982

Oxşar yazılar

Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

17 may 2024 , 11:47
Bir günə 10-dan çox adamın 20 min manatı  ələ keçirildi

Bir günə 10-dan çox adamın 20 min manatı ələ keçirildi

17 may 2024 , 11:25
Nəsib Mehdiyev Bakı aeroportunda   saxlanıldı

Nəsib Mehdiyev Bakı aeroportunda saxlanıldı

17 may 2024 , 10:41
Gəncədə kişi qazdan boğulub öldü

Gəncədə kişi qazdan boğulub öldü

17 may 2024 , 09:20
APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

17 may 2024 , 08:25
Zaqatalada 6 otaqlı ev yanıb KÜL ÖLDU

Zaqatalada 6 otaqlı ev yanıb KÜL ÖLDU

17 may 2024 , 07:33
Hacıqabulda "Toyota" maneəyə çırpıldı, sərnişin öldü

Hacıqabulda "Toyota" maneəyə çırpıldı, sərnişin öldü

17 may 2024 , 04:30
Naxçıvanda maşın 35 yaşlı kişini vurub AYAQLARINI QIRDI

Naxçıvanda maşın 35 yaşlı kişini vurub AYAQLARINI QIRDI

17 may 2024 , 01:20