Generalın həbsdəki köməkçisinin yaxın qohumundan maraqlı açıqlama
28 aprel 2009 13:30 (UTC +04:00)

Generalın həbsdəki köməkçisinin yaxın qohumundan maraqlı açıqlama

“Əməliyyatçılar Aydın Rəfiyevin evindən heç nə tapa bilməyiblər”

Azərbaycan müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyev aprelin 16-da Yasamal rayonu ərazisində yerləşən hərbi şəhərcikdəki evlərində həbs ediliblər.

Bu barədə APA-ya təqsirləndirilən Anar Rəfiyevin dayısı Həmid Quliyev məlumat verib. H. Quliyevin bildirdiyinə görə, Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yaradılmış istintaq qrupunun üzvləri aprelin 16-da generalın köməkçisi Aydın Rəfiyevin hərbi şəhərcikdə yerləşən mənzilində axtarış aparıb.


Evdən heç nə tapa bilməyən əməliyyatçılar daha sonra A. Quliyevin ailəsinə məxsus “Mitsubishi Pajero” markalı maşına baxış keçiriblər. Baxış zamanı maşından general Rail Rzayevə məxsus 1 ədəd gödəkcə və generalın xidməti avtomobilinin dövlət nömrə nişanı aşkar edilib. Əməliyyatçılar Aydın Rəfiyevi Respublika Hərbi Prokurorluğuna, oğlu Anarı isə ifadə alınması üçün Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparıblar. İdarədə ətraflı dindirilən Anar Rəfiyev iki gün sonra Nəsimi rayon Məhkəməsinə aparılıb. Məhkəmə Anar Rəfiyevi Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. H. Quliyev aprelin 16-da saxlanılan Aydın Rəfiyev barəsində isə həbs-qətimkan tədbirinin seçilib-seçilmədiyi barədə onlarda hər hansı məlumat olmadığını söyləyib.

Aydın və Anar Rəfiyevlərin qanunsuz həbs edildiklərini dilə gətirən H. Quliyev onların avtomobilində əşyaların aşkarlanması məsələsinə da aydınlıq gətirib. H. Quliyevin bildirdiyinə görə, avtomobildə aşkarlanan Müdafiə Nazirliyinə məxsus 10 00 HM dövlət nömrə nişanı və generala məxsus qış gödəkcəsi bir müddət əvvəl Rail Rzayevin şəxsi sürücüsü Bəxtiyar Ələsgərov tərəfindən nazirliyə qaytarılması üçün Aydın Rəfiyevə verilib. Lakin A. Rəfiyev məzuniyyətdə olduğu üçün onları Müdafiə Nazirliyinə təhvil verə bilməyib.

Qohumlarına qarşı irəli sürülən ittihamla heç cür razılaşmayan H. Quliyev A. Rəfiyevin uzun müddət R. Rzayevlə birgə xidmət etdiyini söyləyib: “Aydın Rəfiyev hələ sovet dövründən hərbçi olub, Rusiyanın müxtəlif şəhərlərində xidmət edib. Aydın Rəfiyev ölkəmiz müstəqillik qazanandan sonra Azərbaycana qayıdıb. Ölkəyə qayıtdıqdan sonra isə o, general Rail Rzayevin yanında çalışıb”.

Xatırladaq ki, Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev fevralın 11-də, saat 07.30 radələrində, yaşadığı Yasamal rayonu İnşaatçılar prospekti, 533-cü məhəllədə yerləşən evindən 300-400 metr aralıda, İsmayıl bəy Qutqaşınlı küçəsindəki 172 saylı orta məktəbin yaxınlığında odlu silahdan açılan bir atəşlə qətlə yetirilib. Məlum qətl hadisəsi ilə əlaqədar Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və toxumalarından istifadə etmə məqsədilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
# 533

Oxşar yazılar

Məktəbli  qızı öldürən   azərbaycanlı həbs olundu

Məktəbli qızı öldürən azərbaycanlı həbs olundu

17 may 2024 , 12:51
İşçiləri müqaviləsiz işlədən şirkətə AĞIR CƏZA

İşçiləri müqaviləsiz işlədən şirkətə AĞIR CƏZA

17 may 2024 , 12:00
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

17 may 2024 , 11:47
Bir günə 10-dan çox adamın 20 min manatı  ələ keçirildi

Bir günə 10-dan çox adamın 20 min manatı ələ keçirildi

17 may 2024 , 11:25
Nəsib Mehdiyev Bakı aeroportunda   saxlanıldı

Nəsib Mehdiyev Bakı aeroportunda saxlanıldı

17 may 2024 , 10:41
Gəncədə kişi qazdan boğulub öldü

Gəncədə kişi qazdan boğulub öldü

17 may 2024 , 09:20
APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

17 may 2024 , 08:25
Zaqatalada 6 otaqlı ev yanıb KÜL ÖLDU

Zaqatalada 6 otaqlı ev yanıb KÜL ÖLDU

17 may 2024 , 07:33