Tovuz sakini qardaşının üstündən “KamAZ”-la keçib
12 oktyabr 2010 11:19 (UTC +04:00)

Tovuz sakini qardaşının üstündən “KamAZ”-la keçib

Bu barədə APA-ya Tovuz rayon Prokurorluğundan bildirilib. Hadisə ötən gecə rayonun Çeyrançöl düzündə qeydə alınıb. Aşağı Ayıblı kənd sakini, 35 yaşlı Müşfiq Nağıyev mübahisə zəminində qardaşı Şaiq Nağıyevi döyüb. Daha sonra isə özünə məxsus “KamAZ” markalı yük maşınını sürərək yerə yıxılmış qardaşının üstündən keçib. Ş.Nağıyev aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib.


Baş vermiş hadisə ilə bağlı rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664

Oxşar yazılar