İraqda azərbaycanlı zəvvarların avtobusu partlayıb
13 oktyabr 2010 19:00 (UTC +04:00)

İraqda azərbaycanlı zəvvarların avtobusu partlayıb

İranın Şərqi Azərbaycan vilayətindən İraqa ziyarətə gedən zəvvarların olduğu avtobusda partlayış baş verib. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, İraqın ziyarət və həcc idarəsinin nümayəndəsi Cavad Xani İranın Şərqi Azərbaycan vilayətindən ziyarətə gələnlərin İraqa sərbəst şəkildə daxil olduqlarını deyib.

Onlar İraqa ziyarətə gəlişlərini bu ölkənin ziyarət və həcc idarəsi ilə razılaşdırmayıblar. Belə hallarda onların yanında bələdçilər olmadığı üçün ziyarətçilər çətinliklərlə üzləşirlər. C. Xani yaralıların Azərbaycan vətəndaşı olduğunu deyib. O bildirib ki, Kazımiyyə şəhər xəstəxanasına yerləşdirilən yaralıların vəziyyəti ağır olaraq qalır. Hadisə zamanı ölən olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652

Oxşar yazılar